BolgeXeber.Com » Xəbərlər » Nazirliyin cərimələdiyi “Fresco”: yenə köhnə məhsul, süni artım və - VİDEO

Nazirliyin cərimələdiyi “Fresco”: yenə köhnə məhsul, süni artım və - VİDEO

22-10-2015, 13:36
Oxunub: 4 259 Nazirliyin cərimələdiyi “Fresco”: yenə köhnə məhsul, süni artım və - VİDEO“Fresco” supermarketlər şəbəkəsindən kütləvi narazılıqlar var

TİA.AZ-ın əldə etdiyi xəbərə görə, marketlər şəbəkəsi dövriyyənin az olması səbəbindən işçilərini ixtisar edir. Bu da özlüyündə digər problemlərin yaranmasına səbəb olur; kassa önündə uzun növbələr, istifadə tarixi bitmiş məhsulların vitrində yığılıb qalması, market daxilində söz soruşmağa satıcıların olmaması, qastranomiyada növbələrin yaranması və alıcılarla kobud ünsiyyət jarqonu.
Bütün bunlar müştəri narazılığına səbəb olan amillərdir. Bu və digər səbəblərdən müştərilərini itirən marketdən narazılıq edənərdən biri də Cəbrayıl Vəliyev adlı alıcıdır. C.Vəliyev “Facebook” səhifəsində “Fresco” supermarketlər şəbəkəsindən şikayətlənib. Xüsusilə, satıcıların alıcılarla davranış qaydalarından gileylənib.
Bildirək ki, daha əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi bu marketi cərimələyib. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalanda “Azeri Retail” MMC-yə məxsus “Fresco” marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edib.
Ümumiyyətlə, Fresco supermarketlər şəbəkəsi artıq neçənci dəfədir ki alıcılara vaxtı keçmiş məhsullar satmağa davam edir. Bundan əvvəl “Af-mallⅦ”da yerləşən filialında, bir dəfə isə Novxanıda yerləşən filialında vaxtı keçmiş məhsullar satır. İnsanların sağlamlığını deyil, pullarını, ciblərini düşünən şəbəkə alıcılara dəyər vermir.
Bolgexeber.com