Oktyabrın 28-dən YouTube həm də pullu olacaq
22-10-2015, 13:38
Oxunub: 2 174
YouTube şirkəti oktyabrın 28-dən etibarən istifadəçilərə videoçarxlara reklamsız baxmağa imkan verən pullu servisi işə salacaq
Bolgexeber.comoxu.az-a istinadən xəbər verir ki, bu barədə videohostinqin bəyanatında deyilir.“YouTube Red” adlanan xidmət üçün aylıq abunə haqqı 9,99 dollar təşkil edəcək. Servisə qoşulan istifadəçilər həmçinin internetə çıxış olmadan videoçarxlara baxmaq üçün onları yükləyə biləcəklər. Bununla yanaşı, istifadəçilər 2016-cı ildə bir sıra filmlərə və videolara eksklüziv baxmaq imkanı əldə edəcəklər.
Bundan başqa, abunəyə “Google Play Music”, “YouTube Gaming” servislərindən, eləcə də “YouTube Music” musiqi əlavəsindən istifadə imkanı daxil olacaq. ABŞ sakinləri oktyabrın 28-dən “YouTube Red” xidmətini pulsuz sınaqdan keçirə biləcəklər.
Qeyd edildiyi kimi, əksər videoresurslara giriş saxlanılacaq.
Videohostinqin oktyabrın sonunda abunəçiliklə ödənişli servisin buraxılışına hazırlaşdığını, Recode portalı hələ sentyabrın 28-də bildirmişdi. Mənbələrin məlumatına görə, YouTube keçən payız buraxılmış musiqili “YouTube Music Key” xidmətini və digər çarxlara reklamsız baxma imkanı yaradan ödənişli servisi birləşdirməyi düşünürdü. Abunə haqqının ayda 10 dollar olacağı qeyd edilmişdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət