“Azərsu”da milyardlarla manatın qaranlıq taleyi
26-10-2015, 13:50
Oxunub: 5 141
Qorxmaz Hüseynovu çətin günlər gözləyir
Son vaxtlar Azərbaycanın kifayət qədər nüfuzlu məmurları fəaliyyətlərindəki nöqsanlara, korrupsiya və digər özbaşınalıqlara görə ciddi başağrısı yaşayırlar. Xüsusilə MTN-in sabiq “şef”i Eldar Mahmudovun “vurulmasından” və bu nazirliyin yüksək vəzifəli şəxslərinin bir çoxu ilə bağlı şok qanunsuzluq faktlarının ortaya çıxmasından sonra məmur korpusu təlaş və təşviş içərisindədir.
KİV və ictimai rəydə növbədə hansı iri məmurların olduğu geniş müzakirə olunur.
Qaynar.info-nun məlumatına görə, başı üzərində “qara buludların” dolaşdığı vəzifəlilərdən biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynovdur. Belə ki, yaxın vaxtlarda bu qurumda xüsusilə 2005-ci ildən bəri dövlət büdcəsindən ayrılan milyardlarla manatın taleyi ilə bağlı yoxlamalara başlanılacağı gözlənilir.
Məlumatı verən mənbə bildirib ki, 2005-ci ildən 2014-cü ilədək su və kanalizasiya sisteminin qurulmasına 2 milyard manatdan çox vəsait ayrılıb. “Azərsu” dövlət investisiya latyihələrindən ən çox pay alan qurumlardan biridir. Məsələn, 2013-cü ilin dövlət büdcəsindən investisiya xərclərinə 6,7 milyard manat ayrılıb. Vəsaitdən ən çox pay götürənlərdən biri isə “Azərsu” ASC olub - 734 milyon 433 min manatdır. Bundan bir il əvvəl - 2012-ci ildə iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat ayrılıb. Bu vəsaitdən “Azərsu”ya nə az, nə çox, düz 580 milyon manat çatıb. Yəni bu ASC dövlət büdcəsindən daim və ən yüksək rəqəmlərlə dəstəklənib. Ancaq ölkənin su və kanalizasiya sistemi hələ də bərbad vəziyyətdədir. Xərclənən milyardlarla manata rəğmən, “Azərsu” hələ də Bakıda əhalini fasiləsiz su ilə təmin edə bilməyib, rayonlarda isə vəziyyət daha da acınacaqlıdır”.
Mənbə bildirib ki, hələ 2013-cü ilin sonlarında “Azərsu” rəsmiləri bəyan edirdilər ki, xüsusilə Aran rayonlarındakı su problemini hamıdan yaxşı bilirlər. 2014-cü ildə əksər problemlər həll olunacaq: “Amma bu il bu bölgədəki fermerlər ciddi şəkildə su problemi ilə üzləşdilər. Hələ mart-aprel aylarından başlayaraq, başda Bərdə rayonu olmaqla, Aran bölgəsinin fermerləri susluq üzündən təsərrüfatlarının məhv olub getdiyinə dair fəryad edirdilər. Digər bölgələrdə də susuzluq ciddi problem olaraq qalır. Məsələn, bu il Quba fermerləri alma bağlarının susuzluqdan yandığı barəödə tez-tez şikayətlənirdilər. Bundan başqa, rayonlarda əhalinin içməli su ilə təminatı sarıdan da acınacaqlı vəziyyət hökm sürür. Bir sözlə, “Azərsu”nun xərclədiyi milyardlar fonunda ölkənin su və kanalizasiya sistemində fövqəladə müsbət dəyişikliklər müşahidə olunmur”.
Mənbəmiz artıq bütün bunlar barədə hökumət dairələrinin də kifayət qədər məlumatlı olduğunu, elə bu səbəbdən də Hesablama Palatasının “Azərsu” ASC-də genişmiqyaslı auditinin gözlənildiyini deyib: “Əgər yoxlamalar baş tutarsa, son 10 ildə bu quruma ayrılan milyardlarla manatın nə qədər səmərəli, təyinatı üzrə xərcləndiyi aydın olacaq. Bu isə “Azərsu” sədri Qorxmaz Hüseynovun da “vurulan” iri məmurların siyahısına qoşulmasına gətirib çıxara bilər”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər