Neftçalada Qarabağ veteranlarının ailələri təhlükə qarşısında-FOTOLAR
26-10-2015, 10:35
Oxunub: 3 935
Keçmiş internatın binasının təbii fəlakətdən tavanı uçub, icra başçısı isə şikayətlərə əhəmiyyət belə vermir
Neftçala rayonunda özbaşınalıq və yiyəsizlik hökm sürür. İcra başçısı smayıl Vəliyevin başının nəyə qarışdığını bilməyən camaatı bildirir ki, düşdükləri bəladan çıxmaq üçün müraciət edəcəkləri məmur belə tapmırlar. JAM.AZ-a verilən məlumata görə, Neftçalada bazar, restoran və digər obyektlər açmağa başı qarışmış icra başçısının yarıtmaz fəaliyyəti isə bir çox vətəndaşların acı və problem içində yaşamasına bais olub.
Qeyd edək ki, bir il bundan əvvəl Neftçala rayonunda baş vermiş təbii fəalkətin fəsadları hələ də aradan qaldırılmayıb. Dövlət büdcəsindən ayrılmış pulların hara, necə və kimə xərcləndiyi müəmmalı olan məsələdən isə şikayətçilər var.
Onlardan biri Gülnarə Ramzanova yazır ki, yaşadığı bina əvvəllər internatın, daha sonar isə İcra Hakimiyyətinin balansında olub. 8 mənzildən ibarət bina sonralar veteranlara verilib. “Həmin vaxr binada yaşamaq mümkünsüz idi. Lakin sakinlər bir araya gəlib qaz, su və elektrik problemlərini həll etdilər. Amma binanın tavanını dəyişməyə isə heç bir maddi gücləri qalmayıb”.
Xanım Ramazanova daha sonra qeyd edir ki, binanın bünövrəsi möhkəm olsa da, görkəmi köhnəlib. Ən əsası isə devralın 21-də yağan güclü qardan sonra tavanı tamamilə çöküb. “İndi göydən bir damçı su düşürsə, birbaşa evin içinə yağır. Əgər yuxarı qonşular damcıların ətrafa yayılmaması üçün tədbir görməsə, yaşamaq mümkünsüzə çevriləcək. Hazırda da ailələr qorxularından evlərini tərk ediblər. Çünki tavan hər zaman başlarına uça bilər. Qarabağ döyüşlərində şəhid olmuş Sakit Kərimovun ailə üzvlərinin və Qarabağ veteranı, polis kapitanı Etibar Sadıqovun yaşadığı mənzillərin tavanı təcili təmir olunmalıdır”.
Bolgexeber.com
Neftçala sakini bildirir ki, məsələ ilə bağlı icra başçısına, FHN-ə məlumat versələr də, heç bir faydası olmayıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər