BolgeXeber.Com » Xəbərlər » "MTN işi"ndə daha bir başçının adı keçir... - Tahir Kərimov MTN-dən təlimat aldığını deyirdi
"MTN işi"ndə daha bir başçının adı keçir... - Tahir Kərimov MTN-dən təlimat aldığını deyirdi
27-10-2015, 10:50
Oxunub: 5 040
Rayonda yerli sahibkarlara divan tutmasını MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər
Daha bir icra başçısının başı cəncəldədir. Bolgexeber.com bildirir ki,bu barədə Dia.az-a bilgili qaynaqlardan informasiya ötürülüb. Xəbəri verən mənbə iddia edir ki, "MTN işi" ilə əlaqədar "vurulacaq" məmurlar sırasında Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun da adı var.
Mənbə dia.az-a bildirir ki, zaman-zaman özünü sabiq nazir Eldar Mahmudova yaxın fiqur kimi göstərən və hətta qanuni yuxarı instansiyaların göstərişlərini belə qulaqardına vurma cəsarəti nümayiş etdirən Tahir Kərimov bu gün çətin duruma düşüb və vəzifəsindən alınacağı günü gözləməkdədir.
Qeyd edək ki, düz il yarım əvvəl Tahir Kərimov MTN-dən təlimat aldığını dolayı yolla etiraf da etmişdi. Belə ki, rayonda yerli sahibkarlara divan tutmasını MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər:
"Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunacağını deyən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov deyib: “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm?”".
Görünən dağa nə bələdçi...
Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər