Fəzail Ağamalı Neftçalada seçiciləri ilə möhtəşəm görüşlər keçirdi – FOTOLAR
27-10-2015, 16:06
Oxunub: 7 316
60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı oktyabrın 27-də Neftçala rayonunun Qaraqaşlı, Cəngən, Beşdəli, Şorkənd kəndlərinin seçiciləri ilə görüş keçirib
Ana Vətən Partiyasının Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə vurğulanıb ki, F.Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Kənd ağsaqqallarından Rəhim Həsənov, İlham Əsədli, kənd ziyalısı Şərəbanı Ağalarova çıxış edərərək, Cəngən kəndində qaz təminatı, idman meydançasının salınması, yol probleminin həlli, mövcud olan orta məktəblərin təmiri ilə bağlı məsələ qaldırıblar.
Görüş iştirakçıları bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə iştirak edən Cəngən kənd sakini, 7 yaşlı məktəbli Fəxrəddin Əhmədov da F.Ağamalıya arzu və istəklərini çatdırıb.
F.Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qələbə əldə edərsə, qaldırılan problemlərin həllinə nail olmaq üçün bütün imkanlarından istifadə edəcəyinə söz verib.
Görüşdə F.Ağamalının vəkili Xidmət Orucov da iştirak edib.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər