BolgeXeber.Com » Xəbərlər » YAP namizədindən deputat haqda şok açıqlamalar

YAP namizədindən deputat haqda şok açıqlamalar

28-10-2015, 11:52
Oxunub: 2 758 YAP namizədindən deputat haqda şok açıqlamalarAğdamda YAP namizədinə təzyiqlər var

Bolgexeber.com xəbər verir ki, 118 saylı dairədən hakim partiyanın namizədi, Ağdam Mərkəzi Xəstəxananın baş həkimi Gülnar Abbasova hədələnir.

“Təzadlar” yazıb ki, Ağdam rayon rəhbərliyi, YAP-ın Ağdam rayon şöbə sədri İsgəndər Quliyev, hətta rayon prokuroru belə G.Abbasovaya mane olmağa çalışır. Onu namizədliyini hazırkı biznesmen-deputat Bəxtiyar Əliyevin xeyrinə geri götürməyə məcbur edirlər.

YAP-ın deputatlığa namizədi “Təzadlar”a deyib ki, bu təzyiqlərin başında YAP-ın Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev durur: “Cənab Prezidentə, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya teleqram vuracağam. Təsəvvür edirsinizmi, mən YAP-ın MSK-da təsdiqlənmiş, qeydiyyatdan keçmiş rəsmi namizədiyəm.

Neçə gündür seçicilərimlə qrafik üzrə görüşə hazırlaşıram. Məktəbə gedirəm, qapıları üzümə bağlanır. Məktəb direktoru deyir ki, bizə deyiblər ki, yalnız Bəxtiyar Əliyevlə görüşə icazə verin.

YAP-ın imicinə ağır zərbə vururlar. Bəxtiyar Əliyev nə vaxta kimi Ağdamdan deputat olmalıdır? Rayonda onun görüşünə evdən adamları zor ilə yığırlar. Amma məni hamı tanıyır, buna da rəsmilər mane olur.

Mənə deyirlər ki, namizədliyini Bəxtiyar Əliyevin xeyrinə geri götürməsən sonralar sənə pis olar. Partiyamın mənafeyini kimsənin bəd niyyətinə qurban verməyəcəyəm və prinsipial mövqeyimdən geri çəkilən deyiləm”.
YAP namizədindən deputat haqda şok açıqlamalar