Qan donduran eşq hekayəti
28-10-2015, 17:09
Oxunub: 4 211
Bir gənc ailənin başına gələn həyat dramı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bolgexeber.com hər kəsin qanını donduracaq “həyat dramı”nı oxuculara olduğu kimi, təqdim edir:
- Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.
Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: “Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi” - deyə söylədi.
Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma - “Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da” - dedim. ''Niyə mənimlə əziyyəti çəksin ki?'' - deyə düşündüm...
Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik'' - dedi...
- Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər