Həbsdə olan jurnalist xarici ölkə səfirlərinə müraciət etdi
30-10-2015, 16:42
Oxunub: 3 585
Cavid Şirəliyev: «Mən etmədiyim cinayət əməlinə görə təqsirləndirilirəm»
Bir il bundan əvvəl şərlənərək, həbs olunan jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev Azərbaycanda fəaliyyət göstərən iri dövlətlərin səfirlərinə müraciət ünvanlayıb. JAM.AZ-a daxil olan müraciət məktubunda Rusiyanın, Fransanın, ABŞ-ın, Britaniyanın və digər dövlətlərinin səfirlərinin adları var.
Bildirək ki, Cavid Şirəliyev hal hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılır. Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsində ona qarşı qaldırılmış iddiaya baxılır.
Hüquq müdafiəçisi bununla bağlı yazır: «Mən müstəqil jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətim dövründə cəmiyyətdəki ictimai, siyasi, sosial durum haqqında müxtəlif araşdırmaların və tənqidi məqalələrin müəllifi olmaqla yanaşı, eləcə də insan haqlarını müdafiə etdiyim üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən sifariş və xüsusi tapşırıq əsasında qanunsuz həbs olunmuşam».
Şirəliyev qeyd edir ki, o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu gündən hüquq və azadlıqları qanunsuz məhdudlaşdırılıb. «Pozulmuş hüquqlarımın bərpası, barəmdə başlanmış əsassız və qanunsuz cinayət işi üzrə ibtidai istintaqın qərəzli, qeyri-obyektiv və kobud qanun pozuntuları ilə aparıldığı, materialların və sübutların saxtalaşdırıldığı ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və digər aidiyyəti instansiyalara ərizə və şikayətlər göndərmişəm. Ancaq mənim müraciətlərimin heç birinə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılmamışdır. Nəticə etibarı ilə mən etmədiyim cinayət əməlinə görə təqsirləndirilirəm».
Jurnalist yazır ki, ona qarşı irəli sürülən ittiham hazırki məhkəmə proseslərində də sübut olunmayaraq, cinayət işi üzrə toplanmış sübutlar bir-birinin ardınca təkzib olunur və təqsirsiz olduğum tam sübut olunub. «Bəzi dövlət orqanlarının rəhbər və digər vəzifəli şəxslərinin sifarişi və xüsusi tapşırığı əsasında məhkəmə prosesləri Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsinin aşkar sürətdə pozulması ilə keçirilir, cinayət işi üzrə materiallar və sübutlar saxtalaşdırılır. Mənim bu müraciətimi şəxsi nəzarətinizə götürməyinizi, Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Prosessual Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş və qorunan hüquqlarımın müdafiəsi və bərpası üçün mənə köməklik etməyinizi Sizdən xahiş edirəm».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər