Deputat 10-a yaxın mənzili MTN rəhbərliyinə niyə verib?
2-11-2015, 10:34
Oxunub: 3 529
Şəmsəddin Hacıyev rektor olarkən onu sözüegdən nazirliyin başında duranlar himayə edirmiş
29 sayli Səbail seçki dairəsidən deputat seçilmiş Şəmsəddin Hacıyevin də MTN-lə bağlı bir sıra əlaqələri olub. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri, deputat, İqtisad Universitetinin sabiq rektoru hələ xeyli əvvəldən nazirliyin himayəsinə sığınıbmış.
Məlumatda vurğulanır ki, Şəmsəddin Hacıyev hələ ADİU-nun rektoru olan zaman mətbuatla bağlı problemlərini məhz bu nazirlik vaxitəsi ilə yoluna qoyurmuş. Belə ki, sabiq rektor mətbuatda haqqında gedən tənqidi yazıları yazanları bir şəkildə MTN əməkdaşları tərəfindən ya cəzalandırıb, ya da onları bir şəkildə susdurub. Düzdür, onun bu məqsədlə külli miqdarda pullar xərclədiyi də deyilir. Amma həmin pulların mətbuata deyil, onu himayəsinə almış MTN işçilərinə verildiyi vurğulanır.
JAM.AZ-ın araşdırmalarına görə, deputat MTN rəhbərliyinə də borclu qalmırmış. O, bir sıra işlərini yoluna qoymaq üçün də nazirliyin rəhbərliyinin yardımlarına güvənirmiş. Hətta bu işlərin müqabilində bəzi MTN generallarına evlər də hədiyyə edirmiş.
Araşdırmalar zamanı məlum olub ki, sabiq rektor, hazırda deputat olan Hacıyev hələ bir müddət əvvəl “20 YANVAR” Dairəsinə yaxın yerdə inşa etdiyi 3 binanın 10-a yaxın mənzilini MTN-dəki himayəçilərinə hədiyyə edib.
Daha sonra isə iş o həddə qədər gəlib ki, deputat bu evlərdən daha birini elə nazirliyin rəhbərliyini tapşırığı ilə MTN-lə bağlı olan media mənsublarından birinə verib. Həmin şəxsin adı bizə məlum olsa da, etika xatirinə çəkmirik.
Maraqlıdır, Şəmsəddin Hacıyevin MTN-ə qarşı bu qədər səxavətli olmasının səbəbi nə olub?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər