Hələ qış deyil, amma dəm qazı artıq kabusa çevrilib
2-11-2015, 10:48
Oxunub: 3 648
Hər il noyabrın ikinci yarısından dəm qazı ilə zəhərlənmə “mövsümü “ başlayır
Hələlik isə xəstəxanaya gətirilənlərin sayı azdır.
Bunu virtualaz.org saytına Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov bildirib.
A.Maqsudovun sözlərinə görə, xəstəxanaya indiyə qədər 5 zərərçəkən gətirilib: “Onların vəziyyəti normaldır. Amma havalar hələlik kəskin soyumayıb. Noyabrın ortalarından dəm qazı zəhərlənmələri ilə bağlı müraciətlər artacaq. Çünki neçə illərdir aparılan təbliğatlara baxmayaraq əhali qazla hələ də ehtiyatlı davranmır”.
Qeyd edək ki, ötən həftə Binəqədi rayonunda iki nəfər dəm qazı zəhərlənməsindən dünyasını dəyişmişdi. Oktyabrın 29-da isə Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Onu da xatırladaq ki, ötən ilin noyabrında 15 nəfər dəm qazından zəhərlənmişdi. Dəm qazı zəhərlənmələrindən dünyasını dəyişənlərin sayı isə 10-u ötüb. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənənlərin əksəriyyəti qadınlardır.
Xatırladaq ki, dəm qazından zəhərlənmələr təhlükəsizlik qaydalarına riayət edilməməsındən baş verir. Dəm qazından zəhərlənmə zamanı zəiflik, ürəkbulanma, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsunasiyaları başlayır. Qıcolma tutmaları, nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər