Bu gün Radio və Televiziya İşçilərinin peşə bayramıdır
6-11-2015, 12:12
Oxunub: 3 733
İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb
Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Oxu.Az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.
Azərbaycan Televiziyasının yaranmasından sonra isə bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.
İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə iki telekanal fəaliyyət göstərir. “İnterAz” telekanalı isə Azərbaycanda və Rusiyada yayımlanır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər