BolgeXeber.Com » Xəbərlər » Ağdamda at oynadan məmur Akif Çovdarovun qohumu çıxdı

Ağdamda at oynadan məmur Akif Çovdarovun qohumu çıxdı

11-11-2015, 16:39
Oxunub: 2 787 Ağdamda at oynadan məmur Akif Çovdarovun qohumu çıxdıAğdamın mini oliqarxı olaraq tanınan və adı bir çox mənimsəmə hallarında keçən Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə general kirvəsi ilə bir çox «əməliyyatlvarda» iştirak edib

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin adı «MTN işi»ndə hallanır.

Bu barədə azmedia.info-nu məlumatlandıran mənbə bildirir ki, Hafiz Əzimzadə kirvəsi hesab olunan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovla əlaqələrinə görə həbs oluna bilər. Belə ki, məlumata əsasən Akif Çovdarovun bir sıra sifarişlərini həyata keçirən Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bütün Qarabağ bölgəsində Eldar Mahmudovun qara kassası və killeri olaraq bilinən, bu günlərdə şəxsi həbsxanası belə tapılan Akif Çovdarovun əsas adamı olaraq bilinir. Akif Çovdarova arxayın olan Hafiz Əzimzadənin Ağdamda əsas gəlirli sahələri ələ keçirdiyi və rayonda heç kimin, hətta icra başçısının belə, onun bir sözünü iki edə bilmədiyi qeyd olunur. Məhz Akif Çovdarovun köməkliyi ilə 2015-ci il fevral ayından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsinin birləşməsindən yaranan Mexaniki Suvarma İdarəsinə rəis gətirilən Hafiz Əzimzadə eyni zamanda Ağdamın əsas iş adamı olaraq bilinir. Rayonda aparılan abadlıq işlərini n böyük hissi də idarə rəisinə aid olan şirkətlərə verilir.

Mənbə bildirir ki, Hafiz Əzimzadə öz biznesinin maneəsiz inkişafı üçün davamlı olaraq arxasında olan qüvvəninin məhz Akif Çovdarov olduğunu açıq şəkildə bildirib. Uzun illər Ağdam Su İdarəsinə rəhbərlik edən Hafiz Əzimzadə dövlətdən mənimsədiyi böyük pullar hesabına Bərdədə iki villaya, böyük heyvandarlıq kompleksinə, Ağdamda böyük tikinti materialları dükanına, Ağdam avtovağzalına sahib olub. Lakin idarə müdirinin mal varlığının böyük bir hissəsinin də Bakıda olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com