BolgeXeber.Com » Xəbərlər » Yardımlı Sosial Müdafiə Mərkəzinin direktoru nazirin adından pul yığır - ŞOK İDDİA
Yardımlı Sosial Müdafiə Mərkəzinin direktoru nazirin adından pul yığır - ŞOK İDDİA
11-11-2015, 18:00
Oxunub: 1 308
Rayonlarda imkansız ailələrin əsas ümid yerlərindən biri olan ünvanlı sosial yardım hələ ki, real sahibinə çatmayıb
Belə davam edərsə, 100 il sonra da çatacağına kimsə ümid eləmir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları daha çox yoxsulların taleyi ilə oynayırlar. Eyniylə Yardımlı rayonunda olduğu kimi.
Azerinew.tv- yə müraciət edən rayon sakinləri bildirirlər ki, Yardımlı Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Miramid Səmədov ünvanlı sosial yardım bazarı açıb. Belə ki, hazırda rayonda ünvanlı sosial yardım almaq üçün direktora 1000 manat verilməlidir. Bir az imkanlı adama daha böyük məbləğ yazılması üçün isə 3000 manata qədər rüşvəti qaldırmaq lazım gəldiyi deyilir. Məlumatda deyilir ki, əgər əvvəllər 50/50-yə, yəni “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyirdilərsə, Miramid Səmədov direktor təyin ediləndən sonra məsələ nağdlaşdırlıb. Azerinew.tv-yə daxil olan məlumata görə, mərkəz direktor əvəzinin bütün qohumları hamısı ünvanlı sosial yardımla təmin olunub. “Siyahıya baxsanız, onların adlarını görə bilərsiniz. Üstəlik, rayonda ünvanlı sosial yardım alanların 80 faizə qədəri saxta sənədlə bu imkana sahib olublar. Onların arasında bahalı maşını, 3 mərtəbəli evi, onlarla mal-qarası olanlar belə var”.
Məlumatda oda qeyd edilir ki, Miramid Səmədov belə əl-ayaq açması iki səbəblə bağlıdır. Yardımlı SMM-in direktoru nazir Səlim Müslümovla yaxın münasibətdə olduğunu iddia edir. Ona görədə bir kimsə ona söz deyə bilməz deyir. Bu səbəbdən də mərkəz rəhbəri hamıya deyir "mən yuxarıya hesab verirəm, heç kimə borcum yoxdu"
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm