Terrorizmlə mübarizə sahəsində prokurorların rolu müzakirə edilib (FOTO)
12-11-2015, 18:57
Oxunub: 2 823
Tədbirin sonunda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə bütün lazımi səylərin göstərilməsi qərara alınıb
Noyabrın 9-dan 12-dək Rusiya Federasiyasının Soçi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) “Terrorizm və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün 7-ci regional konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, 30-dan artıq ölkənin prokurorluq orqanlarının və beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi, BPA-nın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovdan ibarət nümayəndə heyəti təmsil edib.
Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka və BPA-nın prezidenti Gerhard Yaroş tədbirdə çıxış edərək son dövrlər artma tendesiyaları müşahidə edilən terrorizmə və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və bu prosesdə prokurorların rolunun vacibliyini qeyd ediblər.
Konfransda terrorizm və zorakı ekstremizmlə mübarizədə yeni çağırışlar, ayrı-ayrı ölkələrin prokurorluq orqanları tərəfindən tətbiq edilən təcrübə və mexanizmlər, bu bəşəri bəlaya qarşı beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə edilib.
Tədbirin plenar iclasında çıxış edən Baş prokurorun müavini K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirib. Həmin fəaliyyət strategiyasının banisinin xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayan natiq prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini xüsusi qeyd edib.
Bildirilib ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20% ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.
Konfransın plenar iclasına sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın davam etdirilməsi, genişləndirilməsi və bu istiqamətdə bütün lazımi səylərin göstərilməsi qərara alınıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BPA, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər