Zakir Qaralov rayon prokurorlarına göstərişlər verdi
13-11-2015, 16:15
Oxunub: 4 990
Baş prokuror Hacıqabul şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı tapşırıqları Baş Prokurorluq tərəfindən daim diqqətdə saxlanılır və bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com verilən məlumata görə, qəbula yazılış qabaqcadan başlanılıb, vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, prokurorluğun elektron poçt ünvanı vasitəsilə də qəbula yazılıblar.
Qəbuldan əvvəl Baş prokuror və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.
Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak etmiş tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər