BolgeXeber.Com » Xəbərlər » Füzulidə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyası-FOTO
Füzulidə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyası-FOTO
14-11-2015, 14:21
Oxunub: 4 382
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ötən ilin noyabr ayında start verilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu Füzuli rayonunda uğurla həyata keçirilir
Rayonun işğaldan azad olunmuş ərazisində artıq bir ildir ki, davam etdirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonunda rayonun idarə, müəssisə və təşkilatları, kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr fəal iştirak edirlər. İl ərzində ağacəkmə kompaniyası Horadiz şəhərində, Zobucuq, Qayıdış qəsəbələrində, Arayatılı, Babı, Mollaməhərrəmli, Kürdmahmudlu, Kərimbəyli və digər kəndlərdə həyata keçirilib.
Bu günlərdə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti” boyunca ağac əkini kompaniyası keçirilib, prospektdə Türkiyə və İtaliyaya məxsus olan həmişəyaşıl ağac və gül kolları əkilir. Ağac əkilən ərazilərdə təmizləmə işləri görülür, ağacların suvarılması üçün su maşınları cəlb olunur, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunur.
Aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə ümumilikdə bir il ərzində 6500-ə yaxın çinar, eldar şamı, sərv və digər həmişəyaşıl ağac və dekorativ gül kollar əkilmişdir. I “Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ağacəkmə və yaşıllaşdırma işləri ilə daim yaxından maraqlanır.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə xidmət edir .
Qeyd edək ki, son 4 il ərzində rayonun yaşayış məntəqələrində 80 mindən artıq müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, 20 mindən çox çinar, 120 min ədəd qızılgül kolları əkilib. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, xarici ölkələrdən nadir gül və ağac kolları da gətirilib.
I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda ağac və qızıl gül əkilməsi davam etdirilir.
Bolgexeber.com







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər