BolgeXeber.Com » Xəbərlər » Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb – Tükürpədən iddia(VİDEO)

Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb – Tükürpədən iddia(VİDEO)

18-11-2015, 18:08
Oxunub: 4 029 Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb – Tükürpədən iddia(VİDEO)Üç gün əvvəl çoxsaylı ağır cinayət ittihamları ilə həbsə atılmış killer-general Akif Çovdarovla bağlı ən dəhşətli iddia ortaya atılıb

Əvvəllər Çovdarovla bağlı araşdırmalar aparmış, həbsdə olarkən onunla üz-üzə gəlmiş jurnalist Eynulla Fətullayev Akif Çovdarovu Eldar Mahmudovun ilk həyat yoldaşının qatili adlandırıb.
Bolgexeber.com-un məlumatına görə, bu şokedici iddianı jurnalist Feysbukda paylaşdığı qısa postunda irəli sürüb.
E.Fətullayev yazır: “Eldar Mahmudov-Akif Çovdarov cütlüyünün daha bir cinayəti. Deməli, təxminən 2006-cı ildə mən bu cütlüyün daha bir cinayətinin izinə düşdüm. Söhbət Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyətcə ləzgi olan Yana Mahmudovanın qətlindən gedir. Yeri gəlmişkən, 1993-cü ildən onu heç kim axtarmır və Daxili İşlər Nazirliyində itkin düşmüş şəxslərin siyahısındadır. Amma, dəqiq məlumat əldə etmişdim ki, Yana Mahmudova Akif Çovdarov tərəfindən qətlə yetirilib… Hüquq-mühafizə orqanlarındaki mənbələrim 2006-cı ildə bu məlumatı təsdiq etmişdi”.
Xatırlatmaq yerinə düşər ki, Akif Çovdarova qarşı rəsmi ittihamların arasında qətl işi də var…