BolgeXeber.Com » Xəbərlər » Beyləqanda Sadıqovların müdhiş əməlləri

Beyləqanda Sadıqovların müdhiş əməlləri

19-11-2015, 13:40
Oxunub: 2 787 Beyləqanda Sadıqovların müdhiş əməlləriBeyləqanda iki məmur qardaşın fəaliyyətindəki neqativ hallar ictimailəşib

Bolgexeber.com vizual.az-a istinadla xəbər verir ki, Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov və Beyləqan rayon Telekommunikasiya İdarəsinin rəisi Ramiz Sadıqov haqda sensasion faktlar üzə çıxıb.

Məlum olub ki, Sadıqovlar Beyləqanda vəzifə səlahiyyətlərindən istifadə etməklə böyük maliyyə resurslarına yiyələniblər. Onların rayonda biznes şəbəkələri günbəgün genişlənir. Təhsil sahəsində hansı yeyintilərin olması artıq medida işıqlandırılıb.

Ramiz Sadıqovun isə rabitə sahəsində qazandığı pulların indi yoxlanmasına başlanır. Vaxtilə müxalifətdə olan Sadıqov qardaşlarının vəzifədə oliqarxlaşmasından sonra əməlləri araşdırılır.

Ölkə prezidentinin göstərişi ilə bütün rayonların internet vasitəsi ilə təminatı Beyləqan Telekommunikasiya İdarəsinin rəisi Ramiz Sadıqova aid olmayıb.

Qaynağımızın sözlərinə görə, Prezidentin Xocavənd icra hakimiyyəti ilə birbaşa əlaqə yaratması üçün dövlət əhəmiyyətli internet xətti çəkilib. Lakin Ramiz Sadıqov bundan da özünə qazanc əldə edə bilib. Ramiz Sadıqov Prezidentlə birbaşa əlaqə yaratmaq məqsədi ilə Xocavənd rayon İcra Hakimiyyətinə çəkilmiş xəttə də müdaxilə edə bilib.

Mənbə deyir ki, Xocavənd icra hakimiyyətinə verilmiş internet şəbəkəsi 150 kilobayt şərti ilə verilirdisə, Ramiz Sadıqov tərəfindən bu ötürələcək şəbəkinin 100 kb-tı mənimsənilib. Bu fakt isə Aztelekom İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkarlanıb və problemi aradan qaldırıb. Amma baş verənlərdən belə görünür ki, "Sadıqov qardaşları” heç nədən qorxmadan açıq şəkildə prezidentə qarşı bu addımı atıblar.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mövzunu diqqətdə saxlayacağıq…