BolgeXeber.Com » Xəbərlər » “Fövqəlnazir”in “qara kaşilok”u Cəbrayıl Xanlarov haqda şok: plagiatlıq, fərarilik, korrupsiya və…

“Fövqəlnazir”in “qara kaşilok”u Cəbrayıl Xanlarov haqda şok: plagiatlıq, fərarilik, korrupsiya və…

20-11-2015, 12:58
Oxunub: 7 346 “Fövqəlnazir”in “qara kaşilok”u Cəbrayıl Xanlarov haqda şok: plagiatlıq, fərarilik, korrupsiya və…Cəbrayıl Xanlarov kimdir?

Azərbaycanda iri çinli məmurların maddi imkanlarının həddi-hüdudu yoxdur. Əksər dövlət məmurları haram yolla yığdıqları pullarla özlərinə olmazın imkanlar yaratmaqla yanaşı, dəyəri milyonlarla manatla ölçülən evlər, villalar, saraylar inşa etdiriblər. Cumhuriyyet.az bildirir ki, belə saraylardan biri də Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsus olub. Bilgəhdə inşa edilmiş 4 mərtəbəli sarayın hansı pulla inşa edildiyi məlum deyil. Hər halda agentlik rəisinin aylıq əmək haqqısı belə bir kəhkəşana sahib olmasına imkan vermir. Məlumatlara görə, bu villanın ümumi dəyəri 15 milyon dollardan çoxdur. Onun dizyanını İtaliyadan gəlmiş memarlar veriblər. Elə layihəsini də onlar hazırlayıblar. Tikintiyə nəzarət edən italyanlar, sonradan iç dizaynı da yoluna qoyaraq, külli miqdarda pul alıblar. Əldə etdiyimiz məlumata görə, bu villa dünən artıq sökdürülüb və sökülməsi barədə tapşırıq isə prezident İlham Əliyev tərəfindən verilib. Bu əsnada, cumhuriyyet.az olaraq bu zamanadək mediada yer alan xəbərləri araşdıraraq Cəbrayıl Xanlarov haqqında ilginc məlumatlar əldə etmişik. İlk öncə ondan başlayaq ki,
Cəbrayıl Xanlarov kimdir?
Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. Cumhuriyyet.az bildirir ki, şəxsiyyət vəsiqəsində yer alan məlumata görə o, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. Göründüyü kimi, Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.
Plagiat alimlik və kafedrada 0.25 ştatla iş.“Fövqəlnazir”in “qara kaşilok”u Cəbrayıl Xanlarov haqda şok: plagiatlıq, fərarilik, korrupsiya və…
C.Xanlarovun atası Eldar Xanlarov AMEA-institutlarından birində işləyir. Ata məsləhəti ilə alim olmaq qərarına gəlib. Belə ki, 2011-ci ildə yeni qanuna görə dövlət qulluğunda işləyənlər elmi iş müdafiə edə bilməzlər. Ona görə da ata-bala və elmi rəhbəri Ziyad Səmədzadənin məsləhəti ilə tələsik olaraq 2010-cu ildə elmi ad almaq üçün qollarını çırmalayıblar. Etibarlı mənbənin məlumatına görə, elmi rəhbərlər bu cür əməliyyatlardan yaxşı mükafatlar əldə edirlər, amma biz Ziyad Səmədzadənin konkret olaraq hansı mükafatı əldə etdiyini söyləyə bilməyəcəyik. Amma cumhuriyyet.az olaraq bu istiqamətdə apardığımız araşdırma daha ilginc bir faktı üzə çıxarıb. Məsələ burasındadır ki, ötən ilin təxminən may ayında Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda plagiat müdafiə edənlərin siyahısısı təsdiqlənir. “… Komissiya eyni zamanda daha yeddi dissertantın işinin ləğv olunması barədə qərar verib. Komissiyanın qərarına görə:
1. Əliyev Əhəd Həmzə oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Tərcümə olunaraq köçürülüb);
2. Cəfərov Müşfiq Ələkbər oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Jiltsova Yuliya Vladimirovnanın dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
3. Mustafayev Adil Şöhrət oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
4. Esmira Çərkəz qızı Əliyevanın (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Tərcümə olunaraq köçürülüb);
5. Cəbrayıl Eldar oğlu Xanlarovun (ADIU-nin dissertantı, elmi rəhbəri: iqtsad elmləri doktoru, akademik Ziyad Səmədzadə. Müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
6. Səfərəliyev Rüstəm Rasim oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov. Serebryakova Yelena Alekseyevna tərəfindən müdafiə edilmiş dissertasiya işindən köçürülüb);
7.Mahmudov Emin Vidadi oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov. Rusiyanın üç müxtəlif ali təhsil müəssisəsində ayrı-ayrı iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işlərindən tərcümə yolu ilə köçürülüb)”.
Beləliklə C.Xanlarov plagiat alim adı almağa nail olublar. Bu sayaq plagiat əməliyyatları, bir qayda olaraq, təxminən 20 000-30 000 min manata başa gəlir. Onsuz da Cəbrayıl Xanlarov kimi “alimlərin” alimlik adı mütləq ləğv ediləcək. Məlum plagiatlıqla bağlı siyahı mətbuata çıxanda Cəbrayıl Xanlarov əməlli başlı “tərləyərək” adının mətbuata çıxmasının qarşısını ala bilib. Əvəzində isə Agentliyin işçisi Esmira Çərkəzqızını qurban verməli olub. Məlum siyahı çap olunandan sonra o, Esmira Çərkəzqızının işdən uzaqlaşmasını təmin edib və söz-söhbətin Agentliyin və öz üzərindən uzaqlaşmasına nail olub. Ən azından Cəbrayıl Xanlarov bunu belə düşünürdü. Beləliklə, O, 2010-cu ildə tələm-tələsik təzə alim – “alim” adı alıb və bir az da uzağa gedərək ata məsləhəti ilə Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın əmri ilə 0.25 ştatla “Tikinti İqtisadiyyat” fakültəsinin kafedrasında işə götürülüb.
Xanlarovun “Azəri Trans”ı – Kəmaləddin Heydərovun “kaşilok” şirkətit
“Azəri-Trans” şirkəti əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti işlərini görür və birbaşa Kəmaləddin Heydərovun nəzarəti altındadır. FHN şefi bu şirkətin vəzifə sahiblərinə etibar edərək iri layihələri onlara tapşırır. Adı çəkilən şirkətlə bağlı vaxtaşırı narazılıq səsləri eşidilir. Şirkətin adı tez- tez korrupsiya olaylarında, eləcə də öz işçilərinin əmək haqlarını vaxtlı- vaxtında verməməsi səbəbindən hallanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə şirkətin Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir. “Fövqəlnazir” üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev Sərhəd Qoşunları Xidmətində sıravi gizir
rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə qohum olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Dövlət sifarişli layihələrin həyata
keçirilməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi bu şirkət tərəfindən icra olunur. Şirkət bir çox vəzifəli şəxslərə dövlət büdcəsindən ayrılan vəsait hesabına müxtəlif obyektlər, villalar, iqamətgahlar tikir. Tikinti işlərinə sərf olunan bütün tikinti materialları şirkətin hesabına alınır. “Azəri Trans”ın işçiləri qanunsuz olaraq həmin villaların tikintisinə cəlb edilir. Məqsədi çirkli pulların yuyulmasına xidmət edən “Azəri- Trans” şirkətinin
vergidən yayınma və sosil müdafiə fonduna ödənişlər etmədiyinə dair məlumatlar da var.
“Azəri Trans” şirkətində Fərhad Əliyev izi (!?)…
Apardığımız digər bir araşdırmaya və cumhuriyyet.az-a verilən məlumata görə “Azəri Trans” MMC vaxtilə Fərhad və Rafik Əliyev qardaşlarının tabeliyində çalışan və onlara məxsus şirkət olub. 2007- ci ildə sözü gedən şəxslərlə bağlı məhkəmələrdə “Azəri Trans” MMC külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və vergidən yayınma iddiası ilə məhkəməyə cəlb olunub və şirkətin məsul şəxsləri bununla bağlı Ağır Cinayətlərə dair Məhkəmədə ifadə veriblər. Və məhkəmə protokollarında bu şirkətin vergidən yayınma, dövlət əmlkaını mənimsəmə və s. bağlı qeydlər var (http://az.trend.az/news/society/952742.html) Məlumatda qeyd olunan şirkətlə bağlı Qax- Zaqatala bölgəsində çalışan eyni adlı şirkət haqqında müfəssəl məlumat öyrənmək üçün təəssüf ki, dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq FHN- dən lazımi bilgi ala bilmədik. Amma çox maraqlıdır ki, vaxtilə FHN rəhbəri ilə əks düşərgədə olmuş, indi isə hökümət tərəfindən asi elan edilmiş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevə məxsusluğu qeyd olunan, dövlət əmlkaını talan etdiyi və külli miqdarda vergidən yayınmaqda ittiham olunan şirkətin Kəmaləddin Heydərovun rəhbərliyi altında zəlzələ bölgəsində hansı status və məqsədlə geniş maştablı tikinti işlərinə cəlb olunub?
Zaqatalada talan əməliyyatı
Yuxarıda təqdim etdiyimiz faktlardan da göründüyü kimi FHN- nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə tiktinti şirkəti kimi zəlzələ ilə bağlı son 5 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Baxmayaraq ki, bunun üçün fantastik həcmdə vəsait ayrılıb. Verilən məlumata görə Nizami Sadıqov xərclədiyi vəsait və gördüyü işlərlə bağlı kimsəyə nəinki hesabat, heç məlumat da vermir. FHN- də aparılan kadr siyasətinə uyğun olaraq əslən Gürcüstanın Marneul rayonundan olan Nizami Sadıqov da öz qohum əqrabasını ətrafına toplayaraq dövlət vəsaitini istədiyi kimi xərcləyir. Özü isə Bakıda Cəbrayıl Xanlarova məxsus şəxsi ofisdə oturur. C. Xanlarov isə “zəlzələ qaçqınları” üçün ayrılan vəsait hesabına.
Qanundankənar tikintilər
“Azəri Trans” şirkəti FHN rəhbərliyinə yaxın bir şəxsin ailə üzvləri üçün Göy- göldə Zodda 2400 kvadrat metr sahəyə malik prezident sayağı analoji iqamətgah tikib. Bu iqamətgah Zod kəndinin ən pik nötəsində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən 2400 kvadrat mert sahəsi olan 3 mərtəbəli liftli, böyük hovuzu, su çəni, yeni yol, qaz, suyu, işığı çəkilən yaşayış ofis villadır. Hətta Göygöl rayonun mərkəzindən Zodda olan bu iqamətgah üçün 17- 18 km yol asfalt çəkilərək hər iki tərəfindən hasarlanıb üzlük daşlarla bəzədilib. Biz sadəcə etik cəhətdən həmin şəxsin və şəxslərin adlarını çəkmirik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir.
Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib. Başqa misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanıqsöndürmə Məntəqəsinin inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans” MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən milyonlarla manat vəsait xərclənib.
Həmçinin, Lənkəran şəhərində tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli 5 ulduzlu otel komleksi də Qax- Zaqatala üçün ayrılmış vəsait hesabına inşa edilib. Amma bir müddət sonra maraqlıdır ki, xərc çəkilib özülü qoyulan otel kompleksi yerlə -yeksan edilib. Sual oluna bilər; bu qədər vəsaiti sərf edib, sonradan prezidenti aldadaraq otel kompleksini uçurmaqda məqsəd nə idi?
Xanlarovun qohum-əqrəba şəbəkəsi
Əliağa_HüseynovBəs Cəbrayıl Xanlarova qarşı bu səmimiyyət hardan yaranıb ki, bu cür “savad” yiyəsinə belə idarə etibar edilib? Araşdırma nəticəsində məlum olur ki, dayılıq ona keçmiş Respublika Hərbi Komissarı və Səlyan rayon İcra Hakimiyyətinin Başçısı və hal-hazırda deputat Əliağa Hüseynov tərəfindən gəlirmiş. Əliağa Hüseynov isə Kəmaləddin Heydərova yaxındır. Əliağa Hüseynovun qardaşı oğlu Etibar Hüseynov FHN-də Baş ekspert, Cəbrayıl Xanlarovun əmisi oğlu Azər Xanlarov Agentliyin nəzdində S.Ə.Dadaşov adına Elmi-Tədqiqat institutunda direktor müavini, Cəbrayıl Xanlarovun baldızı və bacanağı Cavid isə həmin institutda işçi, həm də Agentlikdə “pullara nəzarət” funksiyasını həyata keçirir. Əliağa Hüseynovun özü demişkən, Cəbrayıl yeznələridir. Əməlli başlı ailə ansamblı yaradılıb. Etibarlı mənbənin anlatdığına görə, Əliağa Hüseynov Salyan rayon İcra Hakmiyyəti başçısı işlədiyi vaxt həmin rayona ezam olunduqları zaman onları özü qarşılayıb. “Sizi Cəbiş göndərib?” – dedi. Biz çaşdıq ki, Cəbiş kimdir. Bizim çaşqınlığımızı görüb, davam elədi, – “Sizin rəisi, Cəbişi – Cəbrayılı deyirəm. O bizim yeznədir”. Və özünün müraciət formasında Cəbişə zəng elədi və dedi ki, uşaqlara nə lazımdır kömək edəcək.
Bakının keçmiş Baş Memarı Elbəy Qasımzadə Əliağa Hüseynovun bacısının yoldaşıdır. Cəbrayıl Xanlarov hər il Agentliyin pullarından Memarlar Ittifaqına sponsor adıyla maddi kömək edir. Əliağa Hüseynov Respublika Hərbi Komissarlığından çıxarıldıqdan sonra Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Qısa müddətdən sonra vəzifəsini dəyişmək siyasətini həyata keçirməklə qanunverici orqana “seçilərək” icra strukturlarında işlədiyi müddətdə əldə etdiklərini sığortalayaraq diqqətdən kənarda qalmağa üstünlük verdi. Amma sən demə qazancını “ailə kadrlar”ının vasitəsilə davam etdirirmiş…
Xanlarovun Əliağa Hüseynov ailəsi ilə qohumluğunu rəsmi sənədlər də təsdiq edir. 19 yaşında ailə quran Cəbrayıl Xanlarovun məhz bu ailə qohumluğunun nəticəsidir ki, hətta hərbi xidmət keçmədiyi bildirilir. Hərbi xidməti Azərbaycan Ordusunda keçirməyi özünə ar bilən plagiat alimin hərbi biletinin də plagiat olmadığı şübhəlidir.
(Ardı var…)
Bolgexeber.com