Ölkədə yeni Dövlət Agentliyi yaradılır
21-11-2015, 18:57
Oxunub: 3 749
“Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu formalaşmaq üzrədir”
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan araşdırmalar aparılır ki, yaxın zamanlarda Azərbaycanda mümkün olan qədər tibbi sığorta həyata keçirilsin: “Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl agentlik formalaşdırılmalıdır və fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycana tibbi sığorta tətbiq edilməlidir. Güman edirəm ki, intensiv işlər nəticəsində nə qədər mümkündürsə, bunun tətbiqini yaxınlaşdıracağıq. Əvvəlcədən demək istəyirəm ki, tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməlidir, həm də qanunvericilik bazası təkmilləşdirilməlidir. Bu işdə həm də personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər var. Biz çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər