“AGBank” haqqında yazılanlara reaksiya verdi
24-11-2015, 18:25
Oxunub: 865
"Haqverdi Məmmədov adlı şəxsin həyat yoldaşı Elmira Məmmədovanın səsləndirdiyi fikirlər ilə razılaşmırıq"
AGBank ASC-nin mətbuat xidməti Bolgexeber.com-a məktub yollayıb. Məktubu olduğu kimi dərc edirik:
“Hörmətli redaktor,
Hörmətli həmkarlar,
23 noyabr, 2015-i il tarixində musavat.com saytına istinadən “Çingiz Əsədullayevlə Eldar Mahmudovun zəlil duruma saldığı ailə” (http://musavat.com/news/gundem/cingiz-esedullayevle-eldar-mahmudovun-zelil-duruma-saldigi-aile_306876.html) adlı material portalınızda yerləşdirilib. AGBank ASC olaraq məqalədə bank və bank rəhbərliyinə qarşı səsləndirilən ittihamları qəbul etmirik. Məqalədə bankın və bank rəhbərliyinin ünvanına yönələn fikirlər ictimaiyyət qarşısında bankımızın işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Təəssüf hissi ilə bildiririk ki, materialda həqiqətə uyğun olmayan məqamlar yer alıb. Haqverdi Məmmədov adlı şəxsin həyat yoldaşı Elmira Məmmədovanın səsləndirdiyi fikirlər ilə razılaşmırıq.
Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini diqqətlə öyrənməlidir. Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə AGBank-ın adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.
Hörmətlə,
AGBank ASC
Mətbuat Xidməti”
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət