Neftçalada 10 yaşlı qızı maşınla vuraraq öldürən sürücü tutulub
25-11-2015, 14:27
Oxunub: 981
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məşlumata görə, noyabrın 24-də, saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi, atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub, nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət