BolgeXeber.Com » Xəbərlər » Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTO

Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTO

26-11-2015, 17:09
Oxunub: 3 335 Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTODaxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda xüsusi əməliyyat keçirib
Bakının Nardaran qəsəbəsində atışma baş verib. Bolgexeber.com istinadla xəbər verir ki, yaralılar və ölənlər var.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən də məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

İslamazeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.

İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirilir. 3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənfakt təsdiqlənib. Mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı ictimaiyyətə məlumat veriləcək.

Hadisə şahidlərininverdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur

Bolgexeber.com


Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTO
Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTO
Nardaranda atışma: 4-dən artıq ölü və yaralılar var -VİDEO - FOTO