“Azercell”in prezidenti dəyişdi
1-12-2015, 14:25
Oxunub: 4 391
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" MMC-nin prezidenti vəzifəsinə Vahid Mürsəliyev təyin edilib
Bundan öncə o, şirkətin Hüquq və idarə işləri Departamentinin müdiri olub, eyni zamanda bu ilin yanvarından "Azercell"in prezidenti vəzifəsini icra edib.
Şirkətdən bildirilib ki, V.Mürsəliyev "Azercell"də 2005-ci ildən çalışır. Ötən illər ərzində V.Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və idarə işləri Departamentinin müdiri də daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. "Azercell"in tarixində ilk dəfə azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram", - deyə operatorun əsas təsisçisi olan "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.
Qeyd edək ki, V.Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın "Case Western Reserve" Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb. Bundan əlavə, biznes menecment üzrə sertifikata malikdir. Eyni zamanda o, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər