Laçında sosial yardım bazarı – ŞİKAYƏT
2-12-2015, 12:00
Oxunub: 3 827
Laçın rayon Sosial Müdafiə Mərkəzi və direktoru Arif Feyzullayevlə bağlı davamlı şikayətlər daxil olur
Bolgexeber.com xəbər verir ki, rayon sakinləri mərkəz direktorunu korrupsiyada ittiham edirlər.
Laçın sakini Əlövsət Baxşəliyev jam.az-a bildirib ki, 2013-cü ildə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyində mərkəzin direktoru Arif Feyzullayev ondan 400 manat istəyib.
“Həmin pulu verdim. 2014-cü ildə yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etdiyimdə direktor dedi ki, 450 manat verməsəm mümkün deyil. Məcbur olub ki, həmin pulu tapıb verdim. 2015-ci ilin aprel ayından növbəti dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyimdə, məndən 600 manat istədilər. Verə bilmədiyim üçün ünvanlı sosial yardımımı kəsdilər”.
Ə.Baxşəliyev bildirib ki, o, başına gələnlərlə bağlı Laçın rayon icra başçısının müavini Tofiq müəllimin qəbulunda olub və dərdini ona danışıb. «Lakin bu müraciətlərimin heç bir xeyri olmadı. Arif Feyzullayev heç kimi eşitmədi”. Onun sözlərinə görə, qapısında 40-50 iri buynuzlu heyvanı və bahalı maşını olan şəxslər ünvanlı sosial yardım alırlar.
Şikayətçi müəllim işlədiyini və 130 manat maaş aldığını söyləyib: “Aldığım əmək haqqı yoldaşımın dərmanlarının xərcini belə ödəmir. İndi sual edirəm ki, 130 manatla üç uşağı və bir xəstə həyat yoldaşını necə dolandırım? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Qaynar Xətti»nə iki dəfə zəng vurmuşam. Onlar da heç bir tədbir görməyiblər». Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər