BolgeXeber.Com » Xəbərlər » 3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR

2-12-2015, 13:39
Oxunub: 6 410 3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALARA. Süleymanovun rektorluğu dövründə tədris və təlim-tərbiyə işində ciddi nöqsanlar yaranmağa başladı, korrupsiya halları daha da genişləndi

Redaksiyamıza “Azərbaycan Texnologiya Universitetində özbaşınalıq və talan” başlıqlı ittiham dolu məqalə göndərilib. DİA.AZ həmin məqaləni təqdim edir: “Azərbaycan Texnologiya Universitetinin adı son vaxtlar olkə mətbuatında geniş “işıqlandırılır”. Bu “işıqlanmada” 2013-cü ilin mart ayında universitetə rektor təyin olunmuş Akif Şamil oğlu Süleymanovun xüsusi “xidmətləri” qeyd edilməlidir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun yaxın dostu və tələbə yoldaşı olan Akif Süleymanov məhz Əli Abbasovun xahişi ilə rektor təyin edilmişdir. A. Süleymanov Əli Abbasovla tələbəlik illərində yataqxanada bir otaqda qalmaları, son tikələrini bölmələri və bu günə qədər də həmin münasibətləri saxlamaları barədə tez-tez fəxrlə danışır. Məhz bu münasibətlərə görə Ə.Abbasov şəxsən prezidentdən Akif Süleymanovun rektor təyin olunması üçün xahiş edib.

Ədalət naminə qeyd edək ki, Akif Süleymanov Əli Abbasovun “etimadını” doğruldaraq qısa müddətdə universitetdə korrupsiyanın çiçəklənməsinə nail olmuş, dostunun dəst-xəttini uğurla inkişaf etdirmişdir. Belə ki, işlədiyi il yarım müddətdə (mart 2013-dekabr 2015) 3.000.000 (üç milyon) manatdan artıq vəsaiti mənimsəmişdir. (Bu mənimsəmə əməliyyatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə aparılmış əməliyyatlar da var).

A. Süleymanovun rektorluğu dövründə tədris və təlim-tərbiyə işində ciddi nöqsanlar yaranmağa başladı, korrupsiya halları daha da genişləndi. Qeyd edək ki, dogər rektorlardan fərqli olaraq A. Süleymanov üç nəfər katibə saxlayırdı. Həmin katibələr isə xüsusi “mükafatlandırılır”. Mətanət Əhmədova Elmi Katib vəzifəsini tutmaqla yanaşı, “İnzibati idarəetmə”kafedrasında 0,5 ştat müəllim, Elmi-tədqiqat laboratoriyasında 0,5 ştat elmi işçi (cəmi iki ştat), Könül Məmmədova isə “Dillər” kafedrasında tam ştat baş müəllim, Tədris şöbəsində 0,5 ştat “metodist” maaşı alırlar”.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Daha sonra məqalə müəllifi dia.az-a yolladığı yazısında davam edir: “Universitetin maliyyə vəsaitləri talanmağa başlandı. 2015-ci il fevral ayının 24-dən AR Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmağa başlanması ilə universitetdə baş vermiş maliyyə fırıldaqları ortaya çıxdı. Yoxlama zamanı ciddi maliyyə pozuntuları və külli miqdarda (3.000.000 manat) mənimsənilmə faktı aşkarlandı. Vəziyyəti belə görən rektor A.Süleymanov dostu əli Abbasodan kömək istədi. Dostu da öz köməyini əsirgəmədi.

Belə ki, Əli Abbasov maliyyə nazirliyindəki dostlarından tələbə yoldaşına kömək etmələrini xahiş edərək məbləğin azaldılması və 1.300.000 (bir milyon üç yüz min) göstərilməsinə nail oldu. Məbləğin tam ləğv edilmədiyini görən Akif Süleymanov üç günlük müayinə adı ilə “aradan çıxdı”. Onun “Yox olmasına” baxmayaraq yoxlamanın nəticələrinə əsasən korrupsiya faktı ilə bağlı AR Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb və istintaq aparılır.

Bütün bunlardan sonra A.Süleymanov 05 avqust 2015-ci il tarixdə universitetdə peyda oldu və Təhsil nazirindən sadəcə töhmət alaraq rektor səlahiyyətlərinin icrasına başladı. Bu “başlama” da süleymanovsayağı start götürdü, yəni rektorluğa Akif və Şamil Süleymanovlar birgə başladı. Əli Abbsovun dəstəyi ilə oğul Şamil Süleymanov sözün həqiqi mənasında universitetdə at oynatmağa başladı. Özünü təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətli nümayəndəsi və R və YT naziri Əli Abbsovun yaxını kimi təqdim edən oğul Süleymanov təhsil müəssisəsinə 10 LL 123 dövlət nömrə nişanlı, “Land Kruizer” markalı avtomobillə daxil olaraq özünü qoçu kimi aparır, müəllim kollektivini aşağılamaq üçün qeyri-etik ifadələr işlədirdi”.


Məqalə müəllifi dia.az-a daxil olan məqaləsində daha sonra bunları qeyd edir: “Süleymanovların fəaliyyətinin ilk mərhələsi Akif müəllimə xüsusi mühafizə dəstəsi formalaşdırmaqdan ibarət oldu. Daha sonra oğul Süleymanovun əksəriyyətinin “nurcu” olduğu bildirilən yaxın dostları vəzifələrə təyin olunmağa başlandı. Əksəriyyəti Qafqaz Universitetini bitirmiş və Gülən caamatına məxsus liseylərdə, Qafqaz universitetində işləmiş, baza ixtisasları universitetin profilinə uyğun olmayan, tədris və idarəetmə təcrübəsi az olan bu şəxslər Gulənin İndoneziya və digər ölkələrdə, Şəki, Ağdaş, Mingəçevir və s. rayonlarda fəaliyyət göstərən “Çağ öyrətim” müəssisələrində “abi”, yataqxana işçisi və s. işləmiş şəxslərdir.

Daha sonra Əli Abbasovun köməyi ilə Akif Süleymanovun korrupsiya əməllərini ört-basdır etmək məqsədilə “öz ərizələri ilə işdən çıxmış” dekanların yerinə “seçki” keçirmək üçün elan verildi. Elna əsasən elmi adı və elmi dərəcəsi olan iddiaçıların müsabiqədə iştirakı nəzərdə tutulsa da, A.Süleymanov bütün mövcud qanunverici bazanın (AR TN-nin 09 mart 2011-ci il tarixli 400 saylı əmri ilə təsdiq olunmuş əsasnamə) tələblərini pozaraq elmi adı, elmi dərəcəsi, elmi-pedaqoji stajı, kollektivdə nüfuzu olmayan, ixtisası fakultələrin profilinə uyğun gəlməyən və kollektivin tanımadığı şəxsləri, oğlunun “abi” dostlarını dekan “seçdi”.

Süleymanov universitetin maliyyə vəsaitlərini talamaq üçün yeni metod “kəşf edib”. Özünün professor elmi adı olmadığı halda üç ildir professor maaşı aldığı kimi, yeni komandasının üzvlərinə də qeyri-qanuni olaraq malik olmadığı elmi adlara görə maaş verir. Bundan başqa, oğlunun dostlarına universitetin büdcəsindən vəzifə maaşlarından əlavə 2000-3000 manat “əlavə əmək haqqı” verilməsi barədə 223 saylı əmr (surəti əlavə olunur) imzalayır və həmin maaşı alanlar bu məbləğin bir hissəsini A.Süleymanova qaytarırlar.


A.Süleymanovun dəyirmanına su tökənlərin xidməti də universitetin büdcəsi hesabına “mükafatlandırılır”. Dosent Ə.Əlbəndov və onun oğlu Z.Əlbəndov, Elm şöbəsinin müdiri Qalibə Məmmədova, “Ekologiya” kafedrasının müdiri Elşad Məmmədov, “İnzibati idarəetmə” kafedrasının müdiri Fizuli Məmmədov, dosent Maarif Qarayev və b. qanunazidd olaraq iki ştat vahidi işlə mükafatlandırılıblar.

Yeni təyin olunmuş “kadrlar” milli maraqlarımıza zidd olan “nurçu” ideologiyanın açıq təbliğindən də çəkinmirlər. Onlar İmam Şafinin “Vaxt qılınc kimidir, biz onu kəsməsək, o buizi kəsər” kəlamı olan plakatları bütün auditoriyalarda yerləşdiriblər. Uni versitetdə görulən bütün poliqrafiya işləri nurçulara məxsus olan “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzinə sifariş verilir. Şafinin kəlamı olan plakatların nəşri üçün adı çəkilən nəşriyyata universitetin büdcəsindən 7800 manat vəsait ödənilmişdir. Təmir işləri isə keçirilməyən “tenderə” əsasən Şamil Süleymanova və dostlarına məxsus firmalara “həvalə” edilir və pullar şişirdilərək silinir”.

Məqalə belə davam edir: “Universitetdə qaranlıq işlərə A.Süleymanovun qohumu və məsləhətçisi olan 78 yaşlı Rafael Maçanov rəhbərlik edir. O həm də məlumat yayırdı ki, Əli Abbasov və Mikayıl Cabbarov qohumumu dəstəkləyirlər.

Onu da qeyd edək ki, Akif Süleymanov çoxsaylı cangüdənlər tərəfindən elə qorunur ki, baş verənlər barədə ona yaxınlaşıb müraciət etmək müşkülə çevrilib. Həmin cangüdənlər Elmi Şuranın iclaslarında da onun yanında olurlar.

Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Ə.Süleymanovun qohumları (R.Maçanov, M.Əhmədova, R.Qasımov) onu Mikayıl Cabbarovun dəstəklədiyi barədə şayiəni dövriyyəyə buraxıblar. Qeyd olunan qanunazidd əməllərə görə tədbir görməli olan Təhsil Naziri həqiqətənmi A. Süleymanov və onun “nurçu” oğlunun əqidə yoldaşlarını dəstəkləyir?

Qeyd olunanların fakt kimi təsdiqlənməsi üçün Təhsil Nazirliyinin və müvafiq maliyyə qurumlarının yoxlama aparması kifayət edər.

Azərbaycan texnologiya universitetində bu məsələlərin aydınlaşması və aşağıdakı suallara cavab verilməsi üçün müvafiq strukturların məsələyə müdaxilə etməsi zəruridir.

Kolektiv üçün həm də maraqlıdır:
1.Universitetdə korrupsiya işinə şəxsən rəhbərlik etmiş Akif Süleymanovun Təhsil nazirindən sadəcə töhmət alaraq, rektor kimi fəaliyyətini ailə üzvləri ilə birlikdə davam etdirməsinə və universitetin büdcəsini talamasına nə ad vermək olar?

2.Ölkəmizin Prezidenti “maliyyə vəsaitlərinə qənaət edin” “korrupsiyaya bulaşmış məmurların heç biri toxunulmaz deyil” dediyi bir vaxtda Əli Abbasovun dostu A.Süleymanovun bu talançılığına nə ad vermək olar və onun “toxunulmazlıq” statusu hələ də dostu tərəfindən qorunurmu?

3.Özünü nazir Mikayıl Cabbarovun yaxın dostu və səlahiyyətli nümayəndəsi kimi təqdim edən və idarə etdiyi 10 LL 123 dövlət nömrə nişanlı Toyota Land Kruiser markalı avtomobili ilə universitetin həyətində qoçuluq edən Şamil Süleymanova bu səlahiyyətlər həqiqətənmi Əli Abbasov və təhsil naziri tərəfindən verilib? Yaxud Akif Süleymanov universitetdə “Rektorun oğlu” adlı yeni vəzifə təsis edib?

4. AMEA-nın həqiqi üzvləri 3000 manat maaş almadığı halda ATU-nun heç dosent elmi adı olmayan prorektorları və onların digər əlaltılarına Akif Süleymanov hansı maraqla belə yüksək məvacib verir?

5. Nəyə görə universitetdə milli mənafelərimizə zidd olan “nurçuların mənəvi atası” olan İmam Şafinin kəlamları şüara çevrilib?

6.Universitetdə Təhsil Haqqında AR Qanunu və digər normativ aktların kobud surətdə pozulması hallarından, Süleymanovların və yeni təyin edilmiş səlahiyyət sahiblərinin özbaşınalıqlarından Təhsil naziri Mikayıl Cabbarovun və ölkə rəhbərliyinin xəbəri varmı?”

Bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...
Bolgexeber.com
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR