İşıqpulu borcu olan məmurun işığını kəsdilər - Qubada
2-12-2015, 18:49
Oxunub: 3 787
Quba Şəhər Bələdiyyəsi sədrinin fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılıb
"Report"un əldə etdiyi məlumata görə, bələdiyyə sədri Zakir Müslümovun işığı 45 manat borca görə kəsilib.
Z.Müslümov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, elektrik enerjisi kəsilən zaman, Bakıda olduğunu deyib: "Mənim xəbərim olmayıb. Bakıdan qayıdandan sonra gördüm ki, evdə işıq yanmır. Quba Elektrik Şəbəkəsinin əməkdaşları xəbərdarlıq etmədən paylayıcı şəbəkədən sayğaca ötürülən naqilləri kəsiblər. Bu hal ikinci dəfədir ki, təkrar olunur".
Bələdiyyə sədri onu da əlavə edib ki, o, məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsinin rəisi Nəcəf Rzayevlə telefon əlaqəsi saxlayıb: "Mən Elektrik Şəbəkəsinin rəisi ilə danışdım və xəbərdarlıq etmədən niyə mənim evimin elektrik enerjisinin verilməsinin dayandırılmasını soruşdum. Nəcəf Rzayev mənə bildirdi ki, şəbəkənin əməkdaşları səhvən xəbərdarlıq etmədən elektrik enerjisini kəsiblər".

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər