BolgeXeber.Com » Xəbərlər » Operativ qərargahdan son məlumat: Axtarışlar nəticə verməyib-VİDEO

Operativ qərargahdan son məlumat: Axtarışlar nəticə verməyib-VİDEO

7-12-2015, 10:14
Oxunub: 2 691 Operativ qərargahdan son məlumat: Axtarışlar nəticə verməyib-VİDEOSOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb

Son məlumat.

Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar”, - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan “Nefteqaz-62” gəmisinə köçürülüb:

“Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah, günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək”.

O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

17:34

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.

Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov faciə ilə bağlı təşkil olunan operativ brifinqdə bildirib.

“Saat 17:00-a olan məlumata görə, bütün cəhdlərə baxmayaraq, itkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin və “Gənclik” İdarəsinin gəmiləri və vertolyotları axtarışları davam etdirir”, - deyə o bildirib.

Baş mühəndis bildirib ki, platformada yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmi sahəyə gətirilib. “Gəminin üzərinə əlavə texnika qurulub. Artıq mütəxəssislərimiz özülün üzərinə qalxa bilib və hadisəni qiymətləndirirlər. Bundan başqa, müvafiq iş planı hazırlanıb. Texnika yüksək təzyiqli su ilə təmin olunur. Bu gecə və ya sabaha qədər yanğını söndürmək mümkün olacaq”, - deyə o qeyd edib.