BolgeXeber.Com » Xəbərlər » "Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"

"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"

10-12-2015, 16:26
Oxunub: 3 114 "Yaltaqlana bilmədiyim üçün qabağa getmədim""Nə qədər savadsıza müəllim demək? Nə qədər olar yekəxanaya pişiyim-pişiyim demək?"

Bolgexeber.com Müğənni Aslan Hüseynovun “Qafqazinfo”ya müsahibəsin i təqdim edir:

- Bir müddətdir ki, efirlərdən uzaqsız…

- Çox kanallarda “zapret”dəyəm. İki il əvvəl AzTV-nin rəhbərinə öz fikrimi bildirdim. Bu da onların xoşlarına gəlmədi. Sözün düzünü demək heç kəsin xoşuna gəlmir. Onun dediyinə reaksiya verdim. Buna görə AzTV mənə “zapret” qoydu. Mən onda zəng vurub dedim ki, Arif müəllim mən dövlət tədbirlərinə gedirəm. Ancaq AzTV məni göstərmir. Mənə dedi ki, sən kimsən ki, dövlət kanalı ilə problemin ola? Xoduvu al əəə… Mən də dedim ki, sən kimsən? Mənim gözümdə heç kimsən. Mən də şou-biznes formatına girərdim. “Bağışlayın, mən kiməm ki? Heç kiməm” desəydim bəlkə çağıracaqdı. Ancaq mən belə şey edə bilmirəm. Mən Daxili İşlər Nazirliyinin solisti olaraq dövlət kanalı göstərmir. Dövlət kanalı dövlət ifaçılarını göstərməlidir. Deyirlər ki, mənimdi də…İstəmirəm, göstərmirəm.
Bu yaxınlarda cənab prezidentə, Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə məktub yazdım. Dərhal məni çağırdılar. Mədəniyyət Nazirliyində çox hörmətlə qarşıladılar. Dedilər ki, bizim səlahiyyətimizdə deyil. Ondan sonra AzTV-nin müavini İctimai TV-yə gəldi. Daim qonaq olduğum kanalda da “zapret”ə düşdüm. Elə bil monarxiyadı. ATV-yə nə oldu bilmirəm, birdən birə o da girişimi bağladı. Sağ olsun məni göstərən, ucuz yola getməyən kanallar. AzTV-yə ehtiyacım yoxdur, guya onlar məni tanıtdıracaq? Neçə vaxtdır ki, efirə buraxmırlar, amma nazirliyin bütün tədbirlərində iştirak edirəm. Xalq üçün vətənpərvər mahnı oxuyursan, səni “zapret”ə salırlar. Gərək lütlənəsən, gic-gic mahnı oxuyasan ki, səni yuxarı başa keçirsinlər. Biri özünü kürdə, biri özünü türkə oxşadır. Mən həmişə demişəm ki, İlham Əliyev dünyanın ən böyük siyasətçisidir. O, bizim cəmiyyətlə bacara bilir. Bizdə bilmirlər nə istəyirlər. Heç kəs öz yerində deyil.

Mən Orta Asiyadakı fəaliyyətimi hamı bilirdi. Prezidentin oğlanlarının filan tədbirlərini, toylarını mən aparırdım. Ona baxmayaraq Azərbaycanı sevib gəmişəm. Vətənə gələndə sevincimdən ağlamışam. Bir ay sonra məni elə ağlatdılar ki…Sonra da şou-biznes nümayəndələri qınamağa başladı ki, niyə gəlmisən… Axırda dedim ki, heç kəsin xarabasına gəlməmişəm, öz vətənimə gəlmişəm. Çox vətənpərvər xanımlar tanıyıram ki, buralardan çıxıb gedib. Mən qurumlara yazdığım məktubda bildirmişdim ki, mənim axırıncı ümidim sizsiz. Məni Allah “zapret”ə salmasın, vəssalam! Gərək özünü Bülent Ersoya oxşadasan ki, bizi sevsinlər. Bu boyda məktublar təsir etmədi. Çoxları əsəbiləşib çıxır gedir. Niyə pis şey deyəndə hamı reaksiya verir, başından vururlar. Ancaq normal sözlər deyəndə münasibət bildirmirlər. Mənə çətindi. Bizim sənətimiz TV-lərlə bağlıdır. Həvəsimdə yoxdu. Daha sonra Nuşirəvan müəllimin (MTRŞ sədri) müavini Qafar müəllim mənə zəng vurdu. Dedi ki, onlar məktub göndəriblər ki, məsələ araşdırılsın. Ancaq məsələ araşdırılmadı. Dedilər ki, bizim əlimizdə deyil. Dedim ki, o qədər çıxıb gedənlər var. Mən də onlardan biri olaram.

- Ölkədən getmək fikriniz var?

- Türkiyəyə getmək istəyirəm. Orta Asiyadan gələn azərbaycanlı müğənnilər sevinirdilər ki, vətənə gəliblər. Sonra deyirdilər ki, özbəyə, qazağa qurban olaram. Çıxıb getdilər. Biz də insanıq. Nə qədər savadsıza müəllim demək? Nə qədər olar yekəxanaya pişiyim-pişiyim demək? Artıq boğaza yığılmışam. Başımı sallayıb ailəmlə məşğul oluram. Azərbaycanda özünü təsdiq edən müğənnilər Türkiyəyə getdi, heç nə alınmadı. Azərbaycan məktəbi almamışam, Orta Asiya məktəbi almışam. Orta Asiyada musiqi məktəbi alanlardan Sərdar Ortac, Şahsənəm, Yıldız Usmanova partlayış edib. Hər gələn öz yerini tapdı. Azərbaycan məktəbi də böyük məktəbdi. Ancaq əsl məktəbdən istifadə etmirlər. İstəyirəm nəyim varsa satım Türkiyəyə gedim. Mənim ailəm, uşaqlarım var. Mənə çox çətindi. Türkiyədə tədbirlərdə, toylarda olmuşam. Mənim ifamı orda daha çox qəbul edirlər. Çünki, mən özbək, qazax, qırğız, çeçen dillərində mahnı oxuya bilirəm. Adamı yandırıblar. Çox incimişəm.


Mən Azərbaycan deyə-deyə gəldim. “İgidlər” mahnısını oxudum. Düzdür, əziyyətlə evi, maşın almışam. Heç kəs mənə sponsor olmayıb. Heç kim deyə bilməz ki, mən yalandan kiməsə tərif edim. Yaltaqlana bilmədiyim üçün qabağa getmədim. Elə əməkdar artistlər var ki, mənə deyirlər ki, heç vətənpərvər mahnılar oxumayıblar, amma ad veriblər. Ona görə ki, filankəsin bağında oxuyub... Mənə niyə soyuqluq göstərirlər? Kimsə mənlə tərbiyəsiz danışıb deyə kitabım bağlanmalıdı? Nə məsələdi? Onda özəl kanallarda hamı ağzına gələnləri danışsın. Dünya da baxsın ki, bunların oxuyanlarına bax… Elə şey olar? Qurumlar deyir ki, onlar özəldi, qarışmırıq. Çoxdan fikirləşirdim ki, bu ölkədən gedim. Antalyadan qonaqlarım gəlmişdi.

- Müğənnilikdən əlavə bizneslə məşğulsuz?

- Əlavə biznesim yoxdu. Biznesi olanlar çox azdır. Elələrini alqışlayıram. Müğənni olmasam ofisiantda işləyə bilərəm. Tədbirə gedəndə xadimə ilə belə salamlaşıram. Çoxları bunu pis qəbul edir. Heç kim bilmir sənin oğlun, qızın kim olacaq. Həyatdı… Mədəniyyət və Turizm Nazirliyinin bütün tədbirlərindən iştirak etmişəm. 9-cu zirvə toplantısında gəlirim olduğu bütün tədbirləri atdım, Naxçıvana getdim. Oradakı ifaçılara qazax, özbək dillərini öyrədirdim. Cənab prezident efirdən təşkilatçılara da təşəkkürünü bildirdi.
"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"
"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"
"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"
"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"
"Yaltaqlana bilmədiyim üçün qabağa getmədim"