BolgeXeber.Com » Xəbərlər » Mədət Quliyev: “250-dən artıq əməkdaş MTN-dən uzaqlaşdırılıb”

Mədət Quliyev: “250-dən artıq əməkdaş MTN-dən uzaqlaşdırılıb”

11-12-2015, 13:47
Oxunub: 2 169 Mədət Quliyev: “250-dən artıq əməkdaş MTN-dən uzaqlaşdırılıb”“Bir aydan artıq müddətdə Milli Təhlükəsizlik Nazirliyinin 250-dən artıq yararsız əməkdaşı nazirlikdən xaric olunub”


Bolgexeber.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında milli təhlükəsizlik naziri səlahiyyətlərini icra edən Mədət Quliyev deyib.


Onun sözlərinə görə, xaric olunan kadrların yerinə hələlik yeni təyinatlar yoxdur: “Ümumiyyətlə, biz düşünürük ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının sayı az olmalı, bunun əvəzinə nazirlik işini operativ şəkildə qurmalıdır. Xaric olunan əməkdaşlardan respublika prokurorluğunun qaldırdığı cinayət işində adı keçənlər qanun qarşısında cavab verirlər. Hər bir cinayətkar mütləq qanun qarşısında cavab verməlidir. Şübhəsiz ki, bilikli, bacarıqlı, müəyyən səbəblərdən xidmətdən kənarlaşmış işçilərə yeni imkanlar tanıyırıq”.

M. Quliyev bildirib ki, nazirlikdə islahatlar aparılır.


“Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Biz də bu kursa uyğun olaraq respublikamızın təhlükəsizliyinin keşiyindəyik”, - deyə o vurğulayıb.