BolgeXeber.Com » Xəbərlər » Şəmsəddin Hacıyevlə İsa Həbibbəyli arasında gərginlik

Şəmsəddin Hacıyevlə İsa Həbibbəyli arasında gərginlik

11-12-2015, 15:33
Oxunub: 2 993 Şəmsəddin Hacıyevlə İsa Həbibbəyli arasında gərginlikV çağırış Milli Məclis xeyli dəyişiklərlə fəaliyyətə başladı

Parlamentdə komitələrin sayı 11-dən 15-ə qaldırıldı, əvvəlkilərin adlarında dəyişiklər edildi. Eyni zamanda, bir neçə komitənin sədri dəyişdirildi. Digrə bir dəyişikliyə görə də bir deputat bir neçə komitənin üzvü ola biləcək…

Təbii ki, bütün bunlar irəliyə doğru atılan addımlardır. Ancaq bu addımlar müəyyən problemlər də yaradıb.
Məsələn, Elm və təhsil komitəsinin sədri artıq Şəmsəddin Hacıyev deyil, İsa Həbibbəylidir. Lakin bu dəyişiklik deyəsən heç də hər kəsin ürəyincə olmayıb, xüsusilə keçmiş komitə sədri artıq komitə üzvü olmasını o qədər də həzm edə bilmir.
Bunu elə V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclasında jurnalistlər də müşahidə edib.
Belə ki, iclas zamanı deputat Şəmsəddin Hacıyevin fikirləri ya sədr İsa Həbibbəyli tərəfindən qəbul edilməyib, ya da onun sözü kəsilib.
Şəmsəddin Hacıyevin də üz cizgilərindən bu vəziyyətdən razı olmadığı hiss olunub. Hər dəqiqə qanun layihələri ilə bağlı etirazlarını yanında oturan həmkarlarına bildirib...
Onlar arasında ilk mübahisə Şəmsəddin Hacıyevin fikirlərinin İsa Həbbibəyli tərəfindən kəsilməsi ilə başlayıb. Daha sonra “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı İsa Həbibbəylinin bu sənədin payız sessiyasının gündəliyindən çıxarılıb, təkmilləşdirilərək yaz sessiyasının gündəliyinə salınması təklifinə Şəmsəddin Hacıyev etiraz edib və bildirib ki, qanun layihəsini o qədər yubatmağa ehtiyac yoxdur.
Keçmiş komitə sədrinin etirazı da əbəs deyildi, çünki özünün də qeyd etdiyi kimi, 5 ilə yaxındır qanun layihəsi komitədə müzakirə olunub və yalnız bir dəfə- bu ilin fevralında parlamentin plenra iclasına çıxarılaraq, birinci oxunuşdan keçib.
Lakin millət vəkilləri qanun layihəsindən o qədər də razı qalmayıb və yeni təkliflərin nəzərə alınması üçün yenidən komitəyə qaytarılıb.
Yenidən “Elm haqqında” qanun layihəsinin gecikdirilməsi isə sabiq komitə rəhbərinin imicinə təsir edir və o, buna qarşı çıxır.
Elm və təhsil komitəsinin sədri İsa Həbbibəyli də sələfinin fikirləri ilə razı olmadığını deyib.
Onu da nəzərə çatdıraq ki, bu qanun layihəsinin gecikməsində əsas problem elə Milli Elmlər Akademiyası (AMEA) ilə komitə arasında anlaşılmanın olmamsı ilə əlaqələndirilirdi.
İsa Həbbibəyli indi yalnız Milli Məclisi təmsil etmir, o, həm də AMEA-nın vitse-prezidentidir və bu vəsilə ilə o, qanun layihəsində AMEA-nın etiraz etdiyi məqamlara yenidən baxılmasını istəyir.
Məhz bu səbəbdən İsa Həbibyəli Şəmsəddin Hacıyevin “qanun layihəsinə bu qədər vaxt sərf etməyə dəyməz, mənim sədrliyim vaxtı edilən təkliflər məndə qalır, onları bir həftəyə toplayıb İsa müəllimə verərəm, yenidən baxılar və müzkairə edilib, gündəliyə çıxarıla bilər” fikirlərinə etiraz edərək, qanun layihəsinin təkmilləşdirilməsi üçün yaz sessiyasına saxlanılmasının vacibliyini bildirib.
O eyni zamanda deputatdan yalnız təklifləri soruşduğunu və bundan sonrası ilə özü məşğul olacağını deyib.
Görünən odur ki, keçmiş komitə sədri ilə yenisi arasında problemlər hələ çox davam edəcək. Çünki yeni sədr köhnənin hazırladığı qanun layihəsini dolayısı ilə kənara itələyib.
Şəmsəddin Hacıyevin isə bununla razılaşmadığı açıq hiss olunur.