İşçilərinə seksual təzyiq göstərən müdirlərə - 2500 manatadək cərimə
11-12-2015, 20:30
Oxunub: 4 162
Azərbaycanda seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək cərimələnəcəklər
Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.
Hazırkı məcələyə əsasən, bu hala görə vəzifəli şəxslər 70 manatdan 90 manatadək məbləğdə cərimə edilirlər.
Şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə isə hazırda tətbiq edilən 10-35 manat məbləğində cərimənin məbləğin artırılaraq 600 manatdan 800 manatadək olması təklif edilir.
Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə cərimələrin məbləğinin artrılaraq 1500 manatdan 2000 manatdək olması (hazırda 50-90 manatdır) olması təklif edilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər