Sumqayıt Texnologiyalar Parkında işçilər tətil keçirir - 4 aydır maaş verilmir
12-12-2015, 11:58
Oxunub: 3 185
Dünəndən Sumqayıt Texnologiyalar Parkında sexlərin işçiləri tətilə başlayıblar
Bu barədə adının açıqlanmasını istəməyən işçilərin biri “Qafqazinfo”ya müraciət edərək məlumat verib.
Bildirilib ki, dünən səhər saatlarından etibarən bütün sexlərdə işçilər fəaliyyətlərini dayandırıblar. Buna səbəb isə onların 4 aydır əmək haqqı almamaısıdır: “Sonuncu dəfə avqust ayında maaş almışıq. Onu da yarımçıq veriblər. Rəhbərlik də heç nə demir, elə ancaq deyirlər ki, gözləyin. Bu gündən heç birimiz işləmirik, tətil edirik. Camaat aksiya keçirir.
1500-dən çox işçiyik. Heç kim maaş ala bilməyib. Hamının krediti var, banklar da bizi sıxır. STP-dəki vəziyyəti bildiyi üçün banklar da kredit vermir. Kredit kartlarımızı da bağlayıblar. Kommunal xərclərimiz ödəyə bilmirik, ailəmizi saxlaya bilmirik”.
Qeyd olunub ki, bir neçə öncə aparılan ixtisarlarla STP-də 3 minə yaxın əməkdaş işdən azad olunub.
“Qafqazinfo” məsələ ilə bağlı zavod rəhbərliyi ilə əlaqə saxlayıb. STP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Mehman İsgəndərova saytımıza açıqlamasında işçilərinin maaşının gecikmə müddətinin 4 ay olmasının düzgün məlumat olmadığını bildirib. Daha detallı formada bir qədər sonra məlumat verəcəyini bildirsə də, sonradan zənglərə cavab verməyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə