BolgeXeber.Com » Xəbərlər » Bir qrup şəxslə əlbir olub atasının evini yaran qadın : "Balalarım yazıq günə qaldı"-VİDEO

Bir qrup şəxslə əlbir olub atasının evini yaran qadın : "Balalarım yazıq günə qaldı"-VİDEO

12-12-2015, 17:41
Oxunub: 3 392 Bir qrup şəxslə əlbir olub atasının evini yaran qadın : "Balalarım yazıq günə qaldı"-VİDEOGöyçayda evdən oğurluq edən dəstə üzvləri saxlanılıb. Onlar evə basqın edərək oradan pul və qızıl-zinət əşyalarını aparmaqda şübhəli bilinirlər

Bir müddət öncə Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın etmiş 5 nəfər şəxsdən daha iki nəfəri yaxalanıb. Tərtər rayon sakini Emin Əliyev və Füzuli rayon sakini Eltac Şəmiyev polis tərəfindən saxlanılıb. Onlar digər 3 nəfər şəxslə birlikdə Göyçay şəhəri, Vaqif küçəsinin sakini Fərzalı Hacıyevin yaşadığı 45 saylı evə basqın etməkdə şübhəli bilinirlər.

Oğruların tutulması digər faktların da üstünü açıb. Məlum olub ki, hadisənin törədilməsinə Fərzalı Hacıyevin Bakı şəhərində yaşayan qızı Samirə Rəcəbova şərait yaradıb.

Samirə Rəcəbova özgəsinin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhərində qeyri-rəsmi yaşadığı Azadov Ədalət Azad oğlu və bir qrup şəxslə birləşərək atası Hacıyev Fərzalı Məhəmməd oğlunun evinə daxil olub. Dəstə üzvləri silah qismində istifadə etdikləri bıçaq və taxta parçası ilə ögey anası Rəxşəndə Hacıyevaya, qardaşı Fərhad Hacıyevə zor tətbiq edərək evdən bir ədəd gümüş boyunbağı, bir ədəd qolbağ və 100 manat pulu talamaqla quldurluq ediblər.

Aparılmış əməliyyat tədbirləri nəticəsində Samirə Rəcəbova da polis əməkdaşları tərəfindən saxlanılıb. Saxanılan digər şəxslər və Samirə Rəcəbova törətdikləri əməlləri etiraf ediblər.

Samirə Rəcəbova, saxlanılan şəxs: "Peşmanam, balalarım yazıq günə qaldı. Balalarıma görə peşmanam".

Bildirək ki, hadisəni törətməkdə şübhəli bilinən digər 3 nəfər isə bir neçə gün öncə saxlanılıblar. Faktla bağlı araşdırmalar aparılır

("Region" TV).