Tanınmış vəkil Elton Quliyev vəfat edib
16-12-2015, 09:31
Oxunub: 5 292
Azərbaycanın tanınmış vəkili Elton Quliyev vəfat etdi
O bu gün dünyasını dəyişib.E.Quliyev 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olub, 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülüb. 1977-1991-ci illərdə Bakı Şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləyib.
1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.Qeyd edək ki, E.Quliyev ölkənin ən məşhur vəkillərindən biri idi və bir şox qalmaqallı siyasi proseslərdə vəkil kimi çıxış edərək müvəkkillərinin hüquqlarını qorumuşdu. Musavat.com xəbər verir ki, tanınmış vəkilin uzun sürən ağır xəstəlikdən vəfat etdiyi bildirilir. 60 yaşlı E.Quliyevin beynində xərçəng şişi varmış. Əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Quliyev ölkənin ən məşhur vəkillərindən biri idi və bir şox qalmaqallı siyasi proseslərdə vəkil kimi çıxış edərək müvəkkillərinin hüquqlarını qorumuşdu. Onun müvəkkilləri isə ayrı-ayrı zamanlarda taleyi həbsxana və məhkəmələrdən keçən müxalifət liderləri və fəalları, media rəhbərləri, hüquq müdafiəçiləri olub. O, media camiəsinin sevdiyi bir insan idi.
Mərhumun dəfni bu gün saat 14.00-da olacaq. Hüzr mərasimi isə Təzə pir məscidində (aşağı qapı) keçiriləcək.
Allah rəhmət eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər