Qaradağda icra başçısı problemi - Sahibkarlar "Çakır"dan narazıdır...
16-12-2015, 10:12
Oxunub: 755
Azərbaycanda keçirilən ilk Avropa Oyunlarından sonra bəzi icra başçıları sahibkarlara qarşı xüsusi qaydalar tətbiq edib
Belə ki, bir muddət əvvəl mətbuatda Qaradağın icra başçısı «Çakır» ləqəbli Süleyman Mikayılovun «boks oyunlarını mən maliyyələşdirmişəm» deməsi ilə bağlı məlumat yayılmışdı.
Məlumatda qeyd olunurdu ki, Qaradağ rayonunun icra başçısı «Çakır» ləqəbli Süleyman Mikayılov artıq neçənci dəfədir ki, «boks oyunlarını mən maliyyələşdirmişəm» deyir. Üstəlik, maliyyələşdirdiyini iddia etdiyi həmin yarışların təşkilatçısının FHN şefi Kəmaləddin Heydərov olduğunu və bu işləri də məhz ona görə etdiyini dilə gətirir.
Ətrafındakı adamlara külli miqdarda pul xərclədiyini deyən «Çakır» məcburiyyət qarşısında qalaraq, borca düşdüyünü də dilə gətirir. Bu səbəbdən də həmin pulu yığmaq üçün artıq bütün idarə və müəssisə rəhbərlərinə göstəriş verib və onların üzərinə «haqq» qoyub.
Məlumat həmçinin qeyd olunurdu ki, Qaradağın icra başçısı FHN şefi Kəmaləddin Heydərovun adamı hesab olunur. Avropa Oyunlarındakı yarışların maliyyələşməsinə gəldikdə isə bu dövlət büdcəsindən həyata keçirilib. Və həmin məqsədlə pul xərclədiyini deyən istənilən məmurun başlıca məqsədi özü üçün qazanc əldə etməkdir. Görünür, Süleyman Mikayılov da bu niyyətlə yuxarıda qeyd olunan fikirləri səsləndirib.
Eyni zamanda, icra başçısı onu himayə edən Kəmaləddin Heydərovu da hədəfə gətirmiş olub. Belə ki, bu yarışların təşkilatçısının ölkənin Birinci Xanımı Mehriban Xanım Əliyeva və Prezident İlham Əliyev deyil, məhz Kəmaləddin Heydərov olduğunu vurğulamaqla FHN şefini önə çəkib.
Bu günlərdə isə daxil olan məlumata görə, artıq Qaradağ rayonundakı sahibkarlar S.Mikayilovun əməllərindən bezib və bu barədə yuxarı instansiyalara müraciət etmək istəyirlər. Ölkə başçısı İlham Əliyevin sahibkarlara qarşı diqqət və qayşısı, onların işinə maneə yaradılmaması kimi tapşırıqları qulaq ardına vuran icra başçısı Süleyman Mikayilov barədə müəyyən ölçü götürülməsi tələb olunur.(bizimxeber.az)
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər