BDU-da tələbələrlə mühafizəçilər arasında narazılıq- BİABIRÇILIQ
16-12-2015, 10:48
Oxunub: 3 904
Mehman Hüseynov: «Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini əllərindən alırlar, sonra da 10-15 manat pul istəyirlər»
Bakı Dövlət Universitetinin (BDU) tələbələri ali təhsil ocağının Mühafizə Xidmətinin rəisi Mahir Höccətovdan şikayətçi düşüblər. Daha doğrusu, bu tələbələrin ondan ilk şikayəti deyil. JAM.AZ xəbər verir ki, bu haqda tanınmış blogger Mehman Hüseynov sosial şəbəkələrdə məlumat yayıb.
Blogger yazır ki, tələbələr Höccətovla bağlı dəfələrlə sosial şəbəkələrdə çoxlu sayda şikayətlər ediblər. Lakin bunun heç bir xeyri olmayıb. «Tələbələrin dediklərinə görə, BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar. Əgər 10-15 manat verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər. Etiraz edən tələbələrə də "ölkədə krizis var, bəs necə dolanaq?" deyə səbəb gətirirlər».
Hüseynov tələbələrin dediklərinə istinadən yazır ki, dəfələrlə məsələni ictimailəşdiriblər, hətta problemi BDU-nun rəhbərliyinə belə çatdırıblar. Lakin baş verənlərə diqqət ayrılmayıb. «BDU-nun rəhbərliyi mütləq problemi araşdırıb, özbaşınalığın qarşını almalıdır. Əgər qarşısı alınmasa, tələbələrlə birləşib bu bığlı supermarionu bir təhər özümüz yerinə otuzduracıyıq».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər