Gəncədə ali təhsil özbaşına buraxılıb? - Buna çarə qılan olacaqmı?
18-12-2015, 10:19
Oxunub: 3 655
Gəncə Dövlət Universitetində (GDU) qış smesterinə hazırlıq «yüksək» səviyyədə həyata keçirilir
JAM.AZ-a verilən məlumata görə, sözügedən ali məktəbin müəllimindən dekanına qədər, hamısı xüsusi hazırlıq içindədir və ilkin qiymətlər belə açıqlanıb.
Məlumatda vurğulanır ki, rektor Yusif Yusifovun başçılığı ilə həyata keçirilən prosesin tək məqsədi tələbələri hər il olduğu kimi, bu dəfə jə imtahan və zaçota görə talamaqdır. Ötən il bir imtahanın qiymətini 100 manata qaldıran müəllimlərin, bu il hansı rəqəmlərdən istifadə edəcəyi hələlik məlum deyil. Lakin gələn xəbərlərdən belə başa düşülür ki, yeni «qiymət cədvəli» dekabrın 25-dən gec olmayaraq tələbələrə açıqlanacaq.
Daxil olan məlumatlarda qeyd edilir ki, hazırda əsas diqqət tələbələrin qayıb məsələsinə yönəlib. Belə ki, imtahan öncəsi əsas gəlir yeri olan tələbələrin dərsə dəvamiyyəti, bu il də dəbdədir. İddia olunur ki, dekanlar özlərinə yaxın müəllimlərlə birlikdə hərəkət edərək, bir neçə saat əlavə dərs buraxmış tələbələri çağıraraq, onları hazırlıqlı olmağa çağırırlar. Və ya «anlaşma» şərtlərini açıqlayırlar.
Xəbərlərdə o da vurğulanır ki, universitet rəhbərliyinə bununla bağlı tələbələrin etdiyi şikayətlərə isə baxan yoxdur. Rektor Yusif Yusifovun qəbuluna düşmək isə özü bir dəhşətli hadisədir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər