Rubl çökdü - Antirekord yeniləndi
18-12-2015, 17:51
Oxunub: 3 697
Rusiyada dekabrın 19-21-i üçün dolların rəsmi məzənnəsi 71,32 rubl səviyyəsində müəyyənləşdirilib
Bu bir gün əvvəlki məzənnədən 74 qəpik çoxdur. Bolgexeber.com Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, buna qədər ABŞ dollarının Rusiyanın milli valyutasına nisbətdə məzənnəsi üzrə ən yüksək göstəricisi dekabrın 15-də qeydə alınıb - 70,83 rubl. Qeyd edək ki, dolların məzənnəsi üzrə ən yüksək göstərici 1997-ci ilin dekabrında Rusiya valyutası denominasiyaya məruz qalanda qeydə alınıb.
Avronun məzənnəsinə gəlincə, Avropanın vahid valyutası 73 qəpik artaraq 77,41 rubla yüksəlib. Bu avro üçün rekord sayılmır. Avropanın vahid valyutasının ən yüksək məzənnəsi ötən ilin dekabr ayında qeydə alınıb – 84,59 rubl.
Qeyd edək ki, Moskva birjasında dollar 71,2 rubl, avro 77 rubl səviyyəsində satılır. Neftin aşağı qiymətinin Rusiya rubluna təzyiqi davam edir. Yeri gəlmişkən, London birjasında Brent markalı neft 37 dollardan aşağı satılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər