BolgeXeber.Com » Xəbərlər » Bakıda lift qırıldı, 7 yaralı ikinci dəhşəti təcili yardımla yaşadı

Bakıda lift qırıldı, 7 yaralı ikinci dəhşəti təcili yardımla yaşadı

23-12-2015, 11:29
Oxunub: 3 618 Bakıda lift qırıldı, 7 yaralı ikinci dəhşəti təcili yardımla yaşadı Bakının Nərimanov rayonunda faciə baş verib

Axar.az-a verilən məlumata görə, Qarabağ küçəsi bina 8-də liftin kəməri qırılıb.
Hadisə nəticəsində 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb. Bədbəxtlikdən yaralıları xəstəxanaya aparmaq istəyən təcili tibbi yardım maşını da qəzaya uğrayıb.
Bununla belə, yaralılar 1 saylı Şəhər Kliniki xəstəxanasına aparılıb.
***
Xəstəxanadan bildirilib ki, yaralılardan 4 nəfər artıq evə buraxılıb. Camal, Günay və Nəzrin adlı şəxslər isə reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.