Ölkədə siqaret qıtlığı yaranıb - FOTOLAR
23-12-2015, 12:50
Oxunub: 4 630
Dekabrın 21-də manatın dollara nəzərən 50 faizə qədər ucuzlaşmasından sonra Bakının mağazalarında siqaret yoxa çıxıb
Adının çəkilməsini istəməyən satıcılardan biri AzadlıqRadiosuna deyib:"Mağazada siqaret qurtarıb. Firmalar məhsul vermir. Bu gün yalnız çörək və süd məhsulları gətirilib. Başqa heç nə. Hələ heç nə demirlər bizə. Oturub gözləyirik".
Satıcı deyir ki, dükandakı malların hamısını şənbə-bazar günü satıblar. Hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
Üzərində “press” yazılan, qəzet satmaq üçün nəzərdə tutulsa da, daha çox siqaret köşkü kimi tanınan yaşıl gümbəzli dükanların işləyəni də var, işləməyəni də.
İşləyən mağazalar siqaretin satılıb qurtardığını deyir. Amma bu köşklərdə siqaret dənə ilə hələ də satılır.
Siqaretin qiyməti də bahalaşıb. Əvvəllər dənəsi 10 qəpiyə satılan ucuz siqaretin indi dənəsi 20 qəpiyədir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər