Baksell dolların bahalaşmasından necə «faydalanır» - İNANILMAZ FAKT
25-12-2015, 11:41
Oxunub: 3 938
Azərbaycanın ən qocaman mobil rabitə operatoru ilə bağlı daxil olan vətəndaş şikayətlərinin ardı-arası kəsilmir
Ənənəvi olaraq insanların sms-lər vasitəsilə aldadılması halları kütləvi hal alıb. Baksell abunəçisi olan vətəndaşlar bildirir ki, bu şirkət mütəmadi olaraq lotoreya oyunları, uduş kampaniyalarının təşkili ilə bağlı sms-ləri onlara yollayır. Pulsuz cavab viktorinaları adı altında keçirilən istənilən yarışmaya qatılan Bakcell abunəçilərindən sonradan külli miqdarda pul çıxılır. Yarışmadan çıxmaq və sair məqamlar da abunəçilər üçün əsl problemlər yaradır.
Bununla da Bakcell abunəçilərini aldatmaqlaməşğul olur. GUNDEMİNFO.AZ-a müraciət edən abunəçilər bildirir ki, dünyanın əksər ölkələrində, qardaş Türkiyədə belə vətəndaşın razılığı olmadan mobil operatorun reklam sms-lərini ala bilməz. Bununla bağlı olaraq qanun da qəbul edilib.
Şikayət edən vətəndaşlar deyir ki,Bakcell onları aldadır. Hətta sms-lərə aldanan insanlar sonradan hesablarından külli
miqdarda pul çıxılmasının şahidi olurlar. Xüsusilə də son zamanlar dolların Azərbaycan manatı ilə müqayisədə bahalaşması nəticəsində bu mobil operator daha çox aldadıcı reklam və yarışma sms-lərinin sayını artırıb.
Satymıza şikayət edən pensiyaçı yaşlı vətəndaşlar deyir ki, təsadüf nəticəsində Bakcell-in reklamlarına cavab yollayandan sonra onlardan külli miqdarda pul tutulur. Məsələ burasındadır ki, Bakcell şirkəti bu mövzu ilə bağlı heç bir açıqlama vermək istəmir. Və yaranmış narahatçılıq illərdir davam etməkdədir.
Çox maraqlıdır ki, bu mobil rabitə operatoru bu qədər lotoreya və yarışmalar üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən rəsmən icazə alıbmı? Və ya istehlakçı olan vətəndaşların stimullaşdırıcı lotoreya üzrə qanunvericilik tələblərinə əməl edirmi? Bu barədə ən qısa zamanda araşdırmalarımız olacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər