BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzindəki gecə klubunda törədilən qətlin üstü açıldı

Bakının mərkəzindəki gecə klubunda törədilən qətlin üstü açıldı

5-01-2016, 10:32
Oxunub: 3 207 Bakının mərkəzindəki gecə klubunda törədilən qətlin üstü açıldıPolis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü isti izlərlə açılıb

Bakı Şəhər Baş Polis Polis İdarəsi və şəhər prokurorluğundan Bolgexeber.com-a daxil olan birgə məlumatda qeyd edilir ki, bu gün saat 06:00 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. İsti izlərlə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.