Astarada piyadanı öldürüb qaçan sürücü tutuldu
5-01-2016, 10:36
Oxunub: 3 297
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də, saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Lənkəran rayon Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi "Daimler Chrysler 308D" markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub və hadisə yerindən qaçıb.
Astara Rayon Polis Şöbəsi və Rayon Prokurorluğu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ.Cəfərov yanvarın 3-də yaxalanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər