İki neftçinin meyiti ailələrinə təhvil verilib
5-01-2016, 12:53
Oxunub: 3 703
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyiti ailələrinə təhvil verilib
Bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu gün saat 11:00-da neftçi Quliyev Əzizağa Nöhbala oğlu Bakının Zirə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. Digər neftçi Abdullayev Adil Ələkbər oğlunun dəfn mərasimi isə Novxanı qəbiristanlığında baş tutacaq.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər