BolgeXeber.Com » Xəbərlər » Füzulidə dəhşət: araq puluna görə yoldaşını övladlarının gözü qarşısında öldürdü - Video

Füzulidə dəhşət: araq puluna görə yoldaşını övladlarının gözü qarşısında öldürdü - Video

7-01-2016, 14:25
Oxunub: 2 818  Füzulidə dəhşət: araq puluna görə yoldaşını övladlarının gözü qarşısında öldürdü - VideoAraq pulu üstündə ailəsində mütəmadi olaraq qalmaqal salan ər, sonda həyat yoldaşını qətlə yetirib

Ana övladlarının gözü qarşısında amansızlıqla öldürülüb.

Xatırladaq ki, Füzuli rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb. Ailə münaqişəsi zəminində kənd sakini, 37 yaşlı Gəncəvi Sadıqov həyat yoldaşı, 31 yaşlı Vüsalə Əsədovanı övladlarının gözü qarşısında qətlə yetirib.

Ailə üzvlərinin RegionTV-yə bildirdiklərinə görə, Gəncəvi Sadıqov spirtli içki aludəçisi olub. O, daim evdə yersiz münaqişələr törədib.

Uşaqların bildirdiyinə görə, hadisə günü o, evə gələrək yoldaşından araq almaq üçün pul istəyib. Xəmir yoğurduğu üçün bir az gözləməsini deyən Vüsalə qəflətən həyat yoldaşının təzyiq və təhqirləri ilə üzləşib. Gəncəvi əlinə götürdüyü bıçaqla həyat yoldaşının boğazına zərbə endirib. Bıçaqla həyat yoldaşına xəsarət yetirən Gəncəvi evdən çıxaraq qaçıb. Yaralı qadının köməyinə isə qızı gəlib. Lakin uşağın anasını qurtarmaq cəhdləri bir nəticə verməyib.

Qətli törətdikdən sonra kənddəki kafelərdən birinə gələn Gəncəvi pivə sifariş edib. Elə polislər də onu pivə içdiyi yerdə yaxalayıblar.

Qeydə alınan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Xatırladaq ki, dünən yayılan ilkin məlumatda ərlə arvadı arasında mübahisənin evdə istiliyin olmaması səbəbindən yarandığı bildirilirdi.
Bolgexeber.com