Məktəbdə özünü yandıran “zavuç” öldü
7-01-2016, 19:32
Oxunub: 5 503
Neftçala rayonunda özünü yandıran məktəb direktorunun müavini xəstəxanada ölüb
Bolgexeber.com-un report-a istinadən məlumatına görə, Neftçala şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, 63 yaşlı Alik Mustafa oğlu Novruzovu Bakıdan dəvət olunan həkim və mütəxəssislər müayinə ediblər.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Telman Zahidov bildirib ki, xəstənin vəziyyətinin ağır olduğundan Bakıya göndərilməsi mümkün olmayıb:
"Respublika Yanıq Mərkəzindən xəstəxanaya həkim və mütəxəssislər çağırılıb və onlar Alik Novruzovu müayinə ediblər. Müalicə işləri düzgün aparılıb. Sadəcə xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Neftçala şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan, şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, A.Novruzov məktəbin qazanxanasında özünə od vuraraq yandırıb. Bundan xəbər tutan məktəbin pedaqoji kollektivinin səyi nəticəsində alov söndürülüb və hadisə yerinə gələn təcili yardım maşını ilə A.Novruzov Neftçala RMX-ya çatdırılıb. Ona 4 dərəcəli termiki total yanığı alıb. Dörd qız atası olan Alik Novruzovun külli miqdarda borcu olduğu üçün özünü yandırdığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər