BolgeXeber.Com » Xəbərlər » Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlandı

Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlandı

9-01-2016, 16:12
Oxunub: 2 504 Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlandı"Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə", "Terroçuluğa açıq çağırışlar"...

Baş prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumu olan İnqilab Kərimov barəsində cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun "Facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.