Vahid Mustafayevin biznesi çökür – Kütləvi ixtisarlar başlayıb
9-01-2016, 16:32
Oxunub: 4 044
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev devalvasiya ilə bağlı rəhbəri olduğu qurumlarda ciddi ixtisarlara başlayıb
Bolgexeber.com xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, V.Mustafayev “Bakı film” kinostudiyasından və “Yaradan” prodakşndan 26 nəfəri işdən çıxarıb.
Bəziləri isə öz hesablarına məzuniyyət götürüb.
İxtisarlar eyni zamanda ANS televiziyasında da aparılır. Bəzi layihələr bağlanır, layihədə çalışan əməkdaşlar isə TV-dən uzaqlaşdırılır. Məlumdur ki, artıq bir neçə tanınmış sima – şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı TV-ni tərk edib. Səbəb kimi isə, şirkətdə yaranmış maliyyə çətinliklərinin olduğu deyilir.
Bundan əlavə Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinin ANS-ə keçmiş komandasının üzvləri də artıq TV-dən ayrılıblar. Onlardan bəziləri yenidən ATV-yə qayıdıb.
Məlumata görə böhranla bağlı ixtisarlar Vahid Mustafayevin şəxsi biznesində də özünü göstərir. Onun bəzi obyektlərinin bağlanma təhlükəsinin olduğu bildirilir. Məsələn, qeyd olunur ki, V.Mustafayevə məxsus olduğu bildirilən məşhur “All Star” elektrik mağazasının işçilərinin yarısı işdən azad olunub. Mağazanın yaxın vaxtlarda fəaliyyətinin tam dayanacağı gözlənilir.
Qeyd edək ki, manatın ikinci devalvasiyasından sonra Vahid Mustafayev ANS-də “Nəzər Nöqtəsi” verilişində geniş müsahibə ilə çıxış etmişdi. O, devalvasiyanın insanların həyat tərzinə ciddi təsir etməyəcəyini, əksinə bu prosesin dövlətin xeyrinə işləyəcəyini bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər